Accessibility links

Londonda İlham Əliyevin ailəsinə məxsus imarətlə bağlı araşdırma

ütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi -­ OCCRP–nin “Xədicə” layihəsi çərçivəsində növbəti, 3-cü araşdırmasınə dərc edib

Araşdırma materialında Londonun şimalında yaşıllıq zolağında yerləşən Hampstead Lane məhəlləsində 25 milyon dollardan artıq qiyməti olan imarətin Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus olduğunu sübut edən sənədlərin üzə çıxarıldığı bildirlir.

Yazıda qeyd edilir ki, imarət 1998-ci ildə İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin birinci vtse-prezidenti olarkən alınıb. İmarətin o zaman hansı qiymətə alındığı və nə qdər ödəniş edildiyi məlum deyil.

"hazırda Əliyevin illik əmək haqqı ildə 230 min dollara bərabərdir. sual olunur Əliyev Londonun ən bahalı məlləsində bahalı imarəti hansı vəsaitlə alıb?", araşdırmada sual edilir.

Əliyevin qonşularından biri Arsenal futbol klubunun sahiblərindən biri Alisher Usmanovdur: Bir tin aşağıda yerləşən imarət 2008-ci ildə Usmanova 76 milyon dollara satılıb.

Digər xəbərlər

Daha çox yüklə

XS
SM
MD
LG