Accessibility links

London yaxınlığında yük maşınında aşkar edilən 39 cəsədin çinlilər olduğu deyilir


London yaxınlığında yük maşınının soyuducusunda çinlilər olduğu guman edilən 39 cəsədin aşkar edilməsindən sonra qətllərdə əli olmaqda şübhələnilərək həbs edilən sürücünün istintaqı üçün əlavə vaxt verilib.

Şimali İrlandiyanın Armaq mahalında üç obyektdə axtarış aparılıb.

Sürücünün kimiyi rəsmi olaraq müəyyən olunmayıb. Lakin istintaqın gedişi ilə tanış bir qaynaqdan alınan məlumata görə, onun Britaniyanın Portadaun əyalətindən Mo Robinson olduğu deyilib.

Səhiyyə işçiləri və polisin bildirdiyinə görə, 31-i kişi, 8-i qadın olmaqla 39 cəsəd yük maşınında Londondan təxminən 32 kilometr məsafədəki Esseksin Qreys ərazisində aşkar edilib.

İllərdir Avropanın müxtəlif bölgələrindən qaçan miqrantlar yük maşınlarında qeyri-qanuni olaraq Britaniyaya keçməyə çalışır.

Bu xüsusda qeydə alınan ən böyük faciə 2000-ci ildə Dover limanında pomidor daşıyan yük maşınında 58 cəsədin aşkar edilməsi olub.

"Esseksdə 39 nəfərin ölümü ilə bağlı xəbərləri ürək ağrısı ilə oxuduq," deyə Çinin Britaniyadakı səfirliyi bildirib.

XS
SM
MD
LG