Accessibility links

Cennifer Lopez Türkmənistan prezidentinin ad günündə mahnı ifa etdiyinə görə tənqidlərlə qarşılaşıb


Cennifer Lopezin kefi pozulub. Ulduz insan haqları təşkilatları tərəfindən avtokratik idarəçilikdə ittiham edilən Türkmənistan prezidentinə “Ad günün mübarək” mahnısı oxuduğuna görə ictimaiyyətin kəskin təndiqidlərilə qarşılaşıb.

Lopez Çinin Milli Neft Korporasiyası tərəfindən keçmiş sovet blokunda qeyri-siyasi mərasimdə çıxış etmək üçün dəvət almışdı.

Lakin çıxış etməyə hazırlaşan zaman ondan son dəqiqədə prezident üçün “Ad günün mübarək” mahnısını oxumağı xahiş ediblər və müğənni bu gözlənilməz xahişi rədd edə bilməyib.

Lopezin nümayəndəsi müğənninin insan haqları ilə bağlı vəziyyətdən xəbərdar olmadığı barədə açıqlama verib.

O deyib ki, müğənni məsələdən xəbərdar olsaydı bunu etməzdi.

Görəsən Lopez orada aldığı pulu geri qaytaracaq, yoxsa kiməsə ianə edəcək?

İnanmaq çətindir.
XS
SM
MD
LG