Accessibility links

Los-Ancelesdə atışma: 2 nəfər ölüb, 5 nəfər yaralanıb


Los-Anceles şəhəri parkında bir neçə yüz nəfərin iştirak etdiyi avtoklub şousunda atışma nəticəsində azı 7 nəfər yaralanıb. The New York Times nəşrinin məlumatına görə, qurbanlardan ikisi sonradan ölüb.

Şəhərin yanğınsöndürmə idarəsinin bəyanatında deyilir ki, xilasedicilər Los-Ancelesin cənub-qərbində baş verən atışmadan sonra 23-54 yaşlarında dörd kişi və üç qadını yerli xəstəxanalara çatdırıblar.

Ən azı üç xəstə güllə yarası alıb.

“[Atışma] yerində başqa xəsarət alanlar yoxdur” - deyə yanğınsöndürmə idarəsi bildirib və əlavə edib ki, atəşin baş vermə şəraiti hələ təsdiqlənməyib.

Hələlik cinayətlə bağlı heç kim saxlanılmayıb.

Son aylarda ABŞ-da baş verən silsilə silahlı hücumlardan sonra prezident Co Bayden Konqresi ölkədə kütləvi odlu silahların satışını qadağan etməyə və silah almaq yaşını 18-dən 21-ə qaldırmağa çağırıb.

Ötən ay ABŞ Prezidenti hər iki partiyanın dəstəyi ilə qəbul edilən silah təhlükəsizliyi ilə bağlı qanun layihəsini imzalayıb. Bu, Ali Məhkəmənin silah hüquqlarını genişləndirəndən günlər sonra son otuz ildə silahlarla bağlı edilən ən böyük federal islahatdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG