Accessibility links

Los Ancelesin Məktəb Birliyi Bölgəsi 12 yaşdan yuxarı bütün şagirdlərin tam peyvənd olunmalarını tələb edəcək


Los Ancelesin Məktəb Birliyi Bölgəsi 12 yaşdan yuxarı bütün şagirdlərin tam peyvənd olunmalarını tələb edəcək
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Los Ancelesin Məktəb Birliyi Bölgəsi 12 yaşdan yuxarı bütün şagirdlərin məktəbə getmək istədikləri təqdirdə, yanvar ayına qədər tam peyvənd olunmasını tələb edəcək və bu, onu ölkənin belə bir mandat verən ən böyük məktəb bölgəsi edəcək.

Məktəbli qızlar Zayna və Sara Los Anceles Məktəb Birliyi Bölgəsinin 12 yaşdan yuxarı məktəbə getmək istəyən bütün şagirdlərin yanvar ayına qədər tam peyvənd edilməsinin tələb ediləcəyi xəbərini məmnuniyyətlə qarşıladı. "Bu, COVID-ə yoluxmaların qarşısını alacaq. Düşünürəm ki, COVID-dən ən qısa zamanda qurtarmalıyıq. Mən peyvənd olunmuşam, ailəmdəki hər kəs peyvənd olunub" deyə, Zayna bildirir.

Sara "Mən bunun insanların sağlamlığı üçün daha yaxşı olacağını hiss edirəm" deyir.

2022 -ci ilin yanvar ayından etibarən Los Ancelesin Məktəb Birliyi Bölgəsindəki şagirdlər məktəbə ancaq peyvəndi vurulduğunu sübut etdikləri təqdirdə gedə biləcəklər. Bu, ölkənin belə bir mandat verən ən böyük məktəb bölgəsi olacaq. Los Ancelesin Məktəb Birliyi Bölgəsindən Monika Qarsia: "Bu, bir çox istiqamətdə çətin bir qərardır. Birinin bizə nə edəcəyimizi söyləməsini gözləmək asandır; LA Unified lider olduğu üçün biz bunu etməliyik. İcmalarımız gözləyə bilməz."

Bu mandat 6-dan 12-ci siniflərə qədər 225 min məktəblini nəzərdə tutur. Yerli hökumət orqanları 12 yaşdan yuxarı bir çox uşağa artıq peyvənd vurulduğunu, lakin təxminən 80 min uşağa hələ vurulmadığını bildirib. Valideynlərin böyük bir hissəsi yeni mandatı dəstəkləyir. Los Anceles sakini Karmen: "Bunun onlar üçün [[uşaqlar]] yaxşı olduğunu düşünürəm, çünki peyvənd olunmaq daha təhlükəsizdir."

Digərləri isə yeni qaydalara qəti şəkildə qarşı çıxır. "Mən bunu dəstəkləmirəm. Təsirlərin nə olduğunu bilmək üçün hələ kifayət qədər araşdırma aparılmadığını düşünürəm. Heç bir şəkildə peyvənd əleyhinə deyiləm, amma fikrimcə araşdırmaya daha çox ehtiyacımız var" - deyə, Los Anceles sakini Lamar bildirir.

Məktəblilərin məcburi peyvənd olunması əleyhinə olanlar hazırda Kaliforniyada mövcud olan üz maskaları tənzimləməsinə qarşı da mübarizə aparır. Ştatda bütün məktəb şagirdləri və işçiləri məktəbdə üz maskaları taxmalı və həftəlik COVID testi verməlidirlər.

XS
SM
MD
LG