Accessibility links

Los-Ancelesdə "Buz dövrü"nə aid fossillər aşkar edilib


Los-Ancelesdə "Buz dövrü"nə aid fossillər aşkar edilib
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Los-Anceles şəhərində aparılan qazıntılar zamanı yerin altında “Buz dövrü”nə aid çox sayda fossil aşkar edilib.

Bu daşlaşmış kolleksiya Los-Anceles küçələrinin altında tapılıb. Daha dəqiq desək, bu, fəhlələr Vilşir bulvarında metro üçün qazıntı işlər apararkən aşkar edilib.

Bu tapıntılar Kaliforniyanın paleontoloqların hər hansı qazıntı işlərində iştirakı haqda qanunu sayəsində xilas olub. Paleontoloq Aşli Leger: “Kaliforniyada belə bir qanunun, qazıntılar aparılan zaman paleontoloqların orada iştirakı tələb olunan qanunun olmasına görə bizim bəxtimiz gətirib. Belə ki, torpaqdan çıxan hər hansı bir daşlaşmış artefakt dərhal götürülür. Lakin bu qanun hər yerdə olmadığı üçün tapıntılar çox zaman itir."

Tapıntılar arasında ən yaxşı qorunub saxlanan sümüklərdən biri Hayden adlı mamontun kəllə sümüyüdür. Burada nəhəng heyvanın kəllə sümüyü, iri pişiklərin və canavarların onurğa sümükləri var.

Arxeoloji işlər aparmaq üçün metro üçün qazıntıları dayandırmaq çox baha başa gələcək. Lakin Los-Anceles rəsmisi Deyv Sotero paleontoloqların və fəhlələrin koplleksiyanı çıxarmaq üçün qazıntı işlərini düzgün aparmaq yollarını tapdıqlarını deyir. “Fikirimcə, Kaliforniyada ekologiya ilə bağlı sərt qanunlar nə bizim ölkənin, nə də yəqin ki, dünyanın heç bir yerində yoxdur. Beləliklə biz həm paleontoloqlara, həm də fəhlələrlə bütün tapıntıların qorunması üçün yaxından yardım edəcəyik.”

Burada aşkar edilən tapıntılar bu regionda 20, 30, hətta 50 min il əvvəlki həyatdan xəbər verir. Paleontoloqlar bu kimi tapıntıların bizi bu gün qarşılaşdığımız suallara cavab verməkdə yardım edə biləcəyini deyir.

Yeni fossillər Los Anceles Qraflığı Təbii Tarix Muzeyində sərgiyə qoyulacaq. Yeni metro sistemi isə sərnişinlər üçün 2027-ci ildə hazır olacaq ki, bu da əlavə fossillər tapmaq üçün kifayət qədər vaxtdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG