Accessibility links

Los Anceles müəllimləri daha yüksək məvacib və daha kiçik siniflər tələb edir


Şagirdlərin sayına görə Amerikanın ikinci ən böyük məktəb rayonunda çalışan müəllimlərin 6 gündür ki, davam etdirdikləri tətildə “müsbət irəliləyişin” olduğu bildirilir.

Los Ancelesdə 30 min məktəb müəllimi 14 yanvar tarixindən etibarən daha yüksək məvacib, daha kiçik sinif və daha çox yardımçı heyət tələbi ilə tətil keçirir.

“Biz uşaqlarımız üçün və daha ədalətli əmək müqaviləsi əldə etmək üçün buradayıq. Bizim dövlət məktəblərimiz uzun müddət müdafiəsiz qalıb. Ona görə də biz ayağa qalxıb, uşaqlarımızın adından narazılığımızı ifadə edirik.” - deyə, müəllim Maykl Denman bildirir.

“Bizim ştatımız dünyanın beşincI ən böyük iqtisadiyyatıdır və biz daha yaxşı məktəblərə sahib ola bilmirik. Bu rüsvayçılıqdır. İnanıram ki, müəllimlər hər bir dəstəyə layiqdirlər.” - deyə, valideyn Baget Zilç düşünür.

Həmkarlaq ittifaqı liderləri deyib ki, hər iki tərəf razılıq əldə etdiyi halda belə, müəlLimlər cümə axşamı açılacaq məktəblərdə dərsə qatıla bilməyəcəklər. Belə ki, bunun üçün əldə edilən razılıq həmkarlar ittifaqı üzvləri tərəfiNdən ratifikasiya edilməlidir.

Los Ancelesin məktəblərində 600 minə yaxın şagird təhsil alır.

XS
SM
MD
LG