Accessibility links

Kaliforniyada yanğınlar minlərlə insanın evakuasiyasına səbəb olub


Los-Anceles yaxınlığında 3000 hektarlıq ərazidə sürətlə yayılan meşə yanğını səbəbi ilə 60 000 insan evlərini tərk etməli olub. Yanğın əsas yolları bağlayıb və iki yanğınsöndürən ciddi şəkildə yaralanıb.

Silverado yanğını oktyabrın 26-da səhər tezdən Los-Ancelesdən təxminən 60 mil cənub-şərqi Irvin ətəklərində başlayıb. Quru hava şəraiti və küləklər yanğınsöndürən təyyarələrin işinə maneə törədir.

Alov günortayadək təxminən dörd dəfə böyüyərək magistral yola doğru irəliləyib. Ərazini tüstü və kül bürüyüb.

Bir neçə dövlət məktəbi bağlanıb, təxminən 20 000 ev boşaldılıb.

Milli Hava Xidməti aşağı rütubət, quru bitki örtüyü və güclü küləklərin birləşməsinin bu il "ən təhlükəli yanğın" yaradacağına dair xəbərdarlıq yaymışdı.

Ərazinin çərşənbə axşamı gecəyədək qırmızı bayraq xəbərdarlığı altında qalacağı bildirilib.

Rəsmilər yaralanan iki yanğınsöndürənin ikinci və üçüncü dərəcəli yanıqlar aldığını və hər ikisinin bir xəstəxanada intubasiya edildiyini bildirib.

Orange County Yanğınla Mübarizə İdarəsinin rəisi Brian Fennesi jurnalistlərə onların ailələ üzvləri ilə danışmaq və təcili yardım otağında hər iki yanğınsöndürənlə vaxt keçirmək üçün fürsət əldə etdiyini, lakin onların danışa biləcək vəziyyətdə olmadığını deyib.

Saatda 20-40 mil sürətlə əsən, bəzən 60 milə yüksələn külək 500 yanğınsöndürən üçün son dərəcə çətin vəziyyət yaradıb.

Bu arada, Irvin şəhərindən təqribən 17 mil şimalda yerləşən Yorba Lindada Blue Ridge adlı başqa bir yanğın bazar ertəsi günortadan sonra baş qaldırıb. Alov 1100 hektardan çox ərazini bürüyərək, evakuasiyaları məcburi edib.

Kalifornia və ABŞ qərb bölgəsi quru hava şəraiti və güclü külək mövsümü böyük yanğın riski altındadır.

Bu mövsümdə baş qaldıran böyük yanğınlarda artıq 31 nəfər həyatını itirib, 4 milyon hektardan çox ərazi külə çevrilib.

Koronavirus pandemiyası səbəbi ilə evakuasiyalar çətinləşib.

Dövlət yanğınsöndürmə təşkilatı Cal Fire bazar ertəsi günü 4 mindən çox yanğınsöndürənin 22 meşə yanğını ilə mübarizə apardığını, 34 milyon insanın qırmızı bayraq xəbərdarlığı altında olduğunu bildirib.

Los-Anceles və Ventura bölgələrinin dağlıq ərazilərində küləyin sürətinin saatda 130 kilometrə çatacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG