Accessibility links

Los Ancelesdə terror hücumu planlaşdıran sabiq əsgər həbs edilib


ABŞ ordusunun Əfqanıstanda hərbi xidmətdə olan piyada qüvvələrinin sabiq əsgəri Los Ancelesdə bir neçə obyektdə terror hücumu planlaşdığı şübhəsi ilə nəzarət altına alınıb.

Kaliforniya prokuroru Nik Hananın dedyinə görə, Mark Dominqo Kaliforniyanın cənubunda keçiriləcək ağ suprematistlərin yürüşü zamanı bomba partlayışı planlaşdırırmış.

Mark Dominqo ilk öncə yəhudiləri, kilsələri və polis zabitlərini hədəf almağı nəzərdən keçirirmiş.

Məxfi FBI agenti ilə yazışmada Dominqo demişdi ki, o yəhudiləri, kilsələri və polis zabitlərini hədəf almağı planlaşdırmışdı. Lakin sonradan o, Long Beach-də keçiriləcək nümayişi hədəf almağa qərar verib.

Dominqonun başlıca məqsədi ötən ay Yeni Zelandiyada 50 nəfərin ölümü ilə nəticələnən məscid hücuma görə qisas almaq olub.

Ağ suprematistlərin yürüşü baş tutmasa da, onun əleyhinə böyük nümayiş təşkil edilmişdi.

XS
SM
MD
LG