Accessibility links

Amerika bəzi suriyalı qaçqınları qəbul edir [Video]


Amerika bəzi suriyalı qaçqınları qəbul edir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Prezident Donald Tramp və Birləşmiş Ştatlar məhkəmələri səyahət qadağası ilə bağlı mübahisələri davam etdirdiyi bir vaxt, bəzi suriyalı qaçqınlar artıq Amerikaya daxil olub. Bu ailələrdən biri Birləşmiş Ştatlardan nələr gözlədiklərindən və nə ilə qarşılaşdıqlarından danışıb.

Baxmayaraq ki, oğlunun həyatının çox hissəsində yanında olmayıb, Nail Zeyno Aram üçün hər şey etməyə hazırdır. “Mən onu ilk dəfə görəndə o ağlayırdı və mənə yaxın gəlmək istəməməsi mənə pis təsir etdi. Yəqin bir müddət onunla olmadığım üçün məni cəzalandırırdı.”

İraqda neft şirkətində işləyərkən Zeynonun seçimi yox idi. O və onun həyat yoldaşı Suriyada azlıq təşkil edən İsmayıllı müsəlmanlar idi. Bu isə o demıək idi ki, artıq onların evi İslam Dövlətindən təhlükəsiz deyildi. “Onlar mənim yaşadığım kəndə çox yaxın idilər. Biz onların kəndə girəcəyini hər an gözləyirdik.”

2015-ci ildə Birləşmiş Ştatlara qonaq gələn Zeynonun həyat yoldaşı sığınacaq istəyir və alır. Bundan sonra Zeyno ailə üzvü kimi Birləşmiş Ştatlara viza üçün müraciət edir. Lakin Trampın Suriya da daxil edilməklə, 7 ölkəyə qoyduğu səyahət qadağası onun viza almasına imkan vermir.

“Çox çətin idi. Mən ümidimi itirmişdim, balaca uşaqla burada tək qalmışdım. O gəlib mənə dəstək olmalı idi” deyə, Nailin həyat yoldaşı Lin Arafat bildirir.

Birləşmiş Ştatlardakı dostları və senator Kamala Harrisin köməyi ilə Zeyno istədiyinə nail ola bildi. Amerikada onun ilk gördüyü insan Boston aeroportunda imiqrasiya zabiti oldu. “Zabit mənə pasportu uzadaraq belə dedi: “Get yeni həyata başla və oğlunla bu həyatdan ləzzət al”. Onun dedikləri mənə güc verdi. O dedi ki, bura Amerikadır və biz sənin arxandayıq.”

Bu, gözlənilməz idi, çünki Ağ Ev bəzi müsəlman ölkələrinə qapılarını bağlamaq fikrində idi. Yenidən işlənmiş 3 aylıq qadağaya belə, Suriya daxil idi.

Başları siyasətə qarışan amerikalılardan fərqli olaraq Zeyno ailəsinin gələcəyini düşünür. “Biz özümüz üçün deyil, uşaqlarımız üçün işləyirik. Mən bilirəm, mənim oğlumun gələcəyi mən arzuladığım kimi olacaq.”

Hazırda isə o, daha yaxından tanış olmaq üçün balaca Aramla birlikdə kiçik addımlar atır.

XS
SM
MD
LG