Accessibility links

Qanqsterlərin paytaxtı - Los Anjeles


Los Anjeles polisi şəhəri qanqsterlərin paytaxtı adlandırır. Bu şəhərdə 450 kriminal qruplaşma fəaliyyətdədir. Los Anjeles həm də minlərlə cavana yardım edən "Homeboy" adlı proqrama ev sahibliyi edir.

19 yaşlı Kevin adlı oğlan qanqsterlərin dolaşdığı küçələrdə gəzməkdənsə, gününü şirniyyat bişirməyə sərf etdiyi deyir. “Bandit həyatı sürən yaxın dostum, ailə üzvlərimizin qətlini görmü.əm. Bunlar mənim gözümün qarşısında baş verib.”

Şirniyyat dükanı Homeboy sənayesinin yalnız bir hissəsidir. Keçmiş qanqsterlər burada çalışıb, özlərini real həyata hazırlayırlar. 18 aylıq proqram çərçivəsində uşaqlara iş treyninqləri və təhsil verilir.

Qregory Boyl katolik keşişdir. Bu sənayenin təməli də məhz o qoyub. Boylun dediyinə görə, keçmiş qanqsterlər ortaq zəmin əldə etməyə nail olurlar. “Hamı öz uşağını dolandırmaq, evlərinin kirayəsini ödəmək istəyir. Onlar analarının onlarla fəxr etməsini istəyir . Bu, onların ortaq marağıdır.”

Boyl bu proqramı 25 il əvvəl başladıb. O deyir ki, o vaxtlar bir çox gənc qanqster həyatı yaşamağa maraq göstərirdi. Lakin belə gənclərə şans verən yox idi. “Bu proqram üçün vəsait almaq, insanları işə cəlb etmək çətin idi. Hüquq-mühafizə orqanları razı salmaq mümkün deyildi. ”

Boyl deyir ki, indi qanqsterləri həbsxanaya salmaqla cinayətkarlığın səviyyəsini azaltmağın mümkün olmadığını görürlər. Əksinə, bu gənclərə təhsil, treyninq, psixoloji yardım göstərməklə daha müvəffəq olmaq olar. Ötən il 8 min sabiq cinayətkar bu proqrama qoşulub. Proqramda iştirak edənlərin 70 faizi heç vaxt həbsxanaya qayıtmayıb.

Amerikadan qeyri-qanuni mühacirlərin deportasiyası Mərkəzi Amerika ölkələrində də kök salmağa başlayıb. İndi Qreqori Boyl Latın Amerikası və Avropa ölkələri ilə bərabər Homeboy prorqmı kimi proqramların təsisi üzərində işləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG