Accessibility links

Kanadanın `Lucara` şirkəti daha bir nəhəng brilyant aşkar edib


Kanadanın `Lucara Diamond Corp` şirkəti Bostvananın Karowe mədənində ən böyük kəsilməmiş brilyant aşkar etdiyini bildirib. Bu, şirkətin tarixində ilk dəfə 2015-ci ilin noyabr ayında aşkar etdiyi və satışına iki il çalışdığı rekord ölçüdəki brilyantdan daha böyükdür.

`Lucara` şərhində bu, tennis topundan daha böyük olan brilyantın 1.758 karat və 352 qr-dan ağır olduğunu bildirib. Bu daş 1905-ci ildə Cənubi Afrikada aşkar edilən 3.106 karatlıq `Cullian Diamond`dan sonra ikinci böyük daşdır.

`Lucara'nın səhmləri son iki aydan çox bir müddətdə ən yüksək göstəriciyə, 11,4% -ə yüksəlmiş, sonra isə 6,3 faizə, 1.68 Kanada dolları səviyyəsində dayanmışdı. Toronto səhm bazarı günün sonunda az itkiyə məruz qaldı.

Bu daş baş qərargahı Vankuverdə yerləşən `Karowe` şirkətinin aşkar etdiyi yüksək dəyərli daşlardan ən sonuncudur. Lucara `XRT diamond` texnologiyasından istifadıə edəndıən bəri 300 karatdan artıq 12 brilyant daş aşkar edib. 2018-ci ilin aprel ayında şirkət biri 472 karat, digəri isə 327 karatlıq daşlar aşkar etdi.

`Lucara'nın 2015-ci ilin noyabr ayında aşkar etdiyi 1.109 karatlıq "Lesedi La Rona" brilyantı 2016-cı ilin iyun ayınında keçirilən hərracda açıqlanmayan qiyməti qarşılamadı və bu şirkətin səhmlərinə təsir göstərdi. Nəhayət Britaniyanın brilyant hasilatı şirkəti `Graff Diamond` 2017-ci ilin sentyabrında həmin brilyantı 53 milyon dollara satın aldı.

Forbs jurnalı keçən il `Graff Diamond`un 67 ədəd daş hazırladığını bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG