Accessibility links

Luisvill şəhəri Breonna Teylorun ailəsinə 12 milyon dollar ödəyəcək


ABŞ-ın Kentukki ştatının Luisvill şəhəri mart ayında polisin narkotik istintaqı ilə əlaqədar olaraq evində güllələnərək öldürülən qaradərili tibbi texnik Breonna Teylorun ailəsinə 12 milyon dollar ödəməyə razılaşıb.

Ölkənin orta cənubunda yerləşən şəhərə qarşı qaldırılan mülki iddia nəticəsində verilən ödəniş federal və ştat müstəntiqləri 26 yaşlı Teylorun ölümünü və insidentə iştirak edən üç polis zabitinə qarşı cinayət ittihamlarının irəli sürülüb-sürülməməli olduğunu araşdırmağa davam etdiyi vaxta təsadüf edib. Güllə açaraq Teyloru öldürən polis zabiti artıq şəhərin polis idarəsindən işdən çıxarılıb. Lakin o, işdən çıxarılması ilə bağlı appelyasiya şikayəti edib.

Teylorun ölümü ABŞ-da ölkədə irqlər arası münasibətlər və polisin azlıqlara qarşı rəftarı ilə bağlı müzakirələrin aparıldığı bir vaxt böyük səs-küyə səbəb olub. May ayında qaradərili Corc Floydun Minneapolisdə polisin nəzarətində ikən öldürülməsindən sonra ölkə biyu nümayişlər keçirilib.

Teylorun ölümü ölkədə müzakirə mövzusuna çevrilib, onun adı koronavirusa qarşı taxılan maskaların üzərinə yazılıb.

Luisvill şəhərinin Teylorun ailəsi ilə əladə etdiyi razılığı altında şəhər rəsmiləri Teylotun ölümünə gətirib çıxaran şərtlərin, təkrar olunmasının qarşısını almaq səylərinin bir hissəsi olaraq bəzi polis islahatları etməyə razılaşıblar. Buna reydlərdən öncə yüksək retbəli polis kommadnirləri tərəfindən ətraflı yoxlanışların keçirilməsi daxildir.

Şəhər artıq reydlər zamanı sakinlərə xəbərdarlıq verilmədən qapının açılmasını qadağan edən Teylorun adının verildiyi qanun qəbul edib.

Luisvillin meri Qreq Fişer iyun ayında polis idarəsinin sabiq sədri Stiv Konradı işdən çıxarıb, ötən həftə isə polis idarəsinin sabiq sədri İvet Centrini yeni mevəqqəti sədr təyin edib. Centri 1200 polis zabitindən ibarət qüvvəyə başçılıq edən ilk qaradərili qadındır.

Teylorun ailəsinin vəkili Lonita Beyker deyib ki, onlar polis zabitlərinin ittiham olunması üçün ştat və federal rəsmiləri məsələni araşdırmağa və münsiflər məhkəməsinə dəlil təqdim etmələri üçün təzyiq göstərməyə davam edəcəklər.

XS
SM
MD
LG