Accessibility links

Lukaşenko Belarusdan keçən tranzit yolları bağlamaqla hədələyir


Aleksandr Lukaşenko
Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü ölkəsinə qarşı sanksiyalar tətbiq olunduğu təqdirdə, Avropanın Belarus ərazisindən keçən tranzit yollarını kəsməklə hədələyib.

Süd fabrikinə ziyarət zamanı çıxış edən Lukaşenko deyib ki, o, qonşu Avropa ölkələrinin Belarus ərazisindən Rusiyaya mal göndərmələrinin qarşısını alacaq və Aİ üzvü olan Litvadakı limandan keçən Belarus ixraclarını başqa yerlərə yönləndirəcəyini bildirib.

“Əgər əvvəllər polşalılar və litvalılar Çin və Rusiyaya Belarusdan uçurdurlarsa, indi Balktikyanı ölkələrdən uçacaqlar və ya Rusiya ilə Qara Dəniz vasitəsilə ticarət aparacaqlar,” o deyib.

Lukaşenko həmçinin bildirib ki, o ölkə ordusunun yarısını hazır vəziyyətdə olmasına göstəriş verib və Rusiya Prezidenti Vladimir Putinlə iki ölkənin qoşunlarının Qərbdən mümkün təhlükəyə qarşı birləşəcəklərinə dair razılıq əldə edib.

“Əgər onlar (NATO qoşunları) sakit durmasalar, onlara qarşı əsasəı Belarusiya ordusundan ibarət olan birgə silahlı qüvvələrdən istifadə etmək mühümdür,” Lukaşenko bildirib.

Litva, Polşa və Latviya Belarusda 9 avqust seçkilərindən sonra üç həftə boyunca davam edən etirazlar fonunda Avropanı Lukaşenkoya qarşı daha sərt tədbirlər görməyə çağırıblar. Belarus müxalifəti Lukaşenkonun 26 illik hakimiyyətini uzatmaq məqsədilə seçkiləri saxtalaşdırdığını iddia edir. Lukaşneko isə bu iddiaları rədd edir.

Seçkidən sonrakı ilk bazar ertəsi Belarus Mərkəzi Seçki Komissiyası Lukaşenkonun səslərin 80 faizini, müxalifət namizədi Svetlana Tixanovskayanın isə 10 faizini əldə etdiyini elan etməsindən bəri minlərlə insan küçələrə axışaraq Lukaşenkonun istefasını tələb edir.

Lukaşenko deyib ki, etirazlar Qərb tərəfindən dəstəkənir və təşviq olunur. O, NATO-nu qüvvələrini Belarusun sərhədlərinə doğru yaxınlaşdırmaqda ittiham edib. İttifaq bu ittihamları rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG