Accessibility links

Lukaşenko müxalifəti ölkəni "xaosa" qaytarmağa cəhddə günahlandırıb


Belarus prezidenti Aleksandr Lukaşenko 9 avqust prezident seçkilərindən əvvəl islahatçı siyasi rəqiblərinə hücum edərək, onları Belarusu 1990-cı illərin "xaosuna" qaytarmağa çalışan yaxşı maliyyələşdirilən "xarici agentlər" olmaqda ittiham edib.

"Dəyişikliklər, islahatlar və köhnə konstitusiyanın qaytarılmasını tələb edənlər yalnız 1990-cı illərin xaotik dönüşünü istəyirlər", Lukaşenko avqustun 4-də Minskdə Respublika Sarayında toplaşan parlamentin hər iki palatasından millət vəkilləri qarşısında çıxışı zamanı deyib. O həmçinin bildirib ki, "qızıl təpələr vəd edənlərə inanmayın".

"Belarusu sabitliyini pozmaq üçün milyardlar sərf olunur. Bu yollarla belarusiyalıları Lukaşenkoya qarşı çıxarmaq mümkün deyil. Lukaşenkoya qarşı olanların hamısı xarici agentlərdir” - deyə, o, təfərrüatlara varmadan bildirib.

Əksər analitiklərin onun mobilizə olunmuş müxalifətə qarşı saxtakarlıq və repressiyaların kombinasiyaları sayəsində qalib gələcəyini gözləndiklərini bildirməsinə baxmayaraq, Lukaşenkonun 26 illik avtoritar idarəçiliyi 9 avqust seçkilərindən əvvəl getdikcə daha çox həssas görünür.

Son həftələrdə on minlərlə müxalifət tərəfdarı prezidentliyə namizəd Svetlana Tsixanovskayaya dəstək olaraq gündəlik mitinqlərdə iştirak edib. Siyasi təcrübəsi olmayan 37 yaşlı Tsixanovskaya seçkilərdə iştiraka buraxılmayan potensial namizədlər tərəfidən dəstəklənir.

"Gənclərimizi etiraz aksiyalarına cəlb etmək üçün ədalətsiz metodlardan istifadə olunur", bildirən Lukaşenko, "heç kim səslərinizi oğurlamaq niyyətində deyil" - deyə, bildirib."

Lukaşenko müxalifətin tələb etdiyi islahatları "cinayətə və cinayətkarlığa hədiyyə" adlandıraraq, iqtisadi islahatların və özəlləşdirmənin zəruri olmadığını və təhlükəli olduğunu əlavə edib.

"1994-cü il konstitusiyasını geri qaytarmaqla biz anarxiyanı bərpa etmiş olarıq", deyən Lukaşenko özünün prezident seçildiyi konstitusiyaya istinad edib.

Son həftələrdə Lukaşenko Daxili İşlər Nazirliyinin rəsmiləri ilə görüşərək hərbi qüvvələrin yoxlanışını keçirib. Bu, onun populyarlığını getdikcə itirən idarəçiliyinə qarşı iğtişaşları yatırmaq üçün təhlükəsizlik qüvvələrinə basqılar əmri verə biləcəyi barədə siqnal göndərməsi kimi qiymətləndirilir.

"Bütün valideynləri və müəllimləri gənclərimizi pis əməllərdən çəkindirməyə çağırıram..." o, parlamentdəki çıxışında deyib.

Seçkiqabağı dövr pandemiya ilə əlaqədar və demokratiya tərəfdarlarının keçirdiyi etirazlar fonunda ölkədə şübhəli diskvalifikasiya və görünməmiş miqyasda həbslər və təqiblər müşahidə edilib.

Təşviqat kampaniyası başlayandan bəri siyasətçilər, təşkilatçılar və jurnalistlər də daxil olmaqla 1100-dən çox şəxs həbs edilib.

XS
SM
MD
LG