Accessibility links

Lukaşenko prezident səlahiyyətləri ilə bağlı fövqəladə sərəncam imzalamağa hazır olduğunu deyib


Belarus dövlət mediası bildirir ki, Aleksandr Lukaşenko deyib ki, o, prezident vəzifəsini icra edə bilmədiyi halda prezident səlahiyyətlərini ölkənin Təhlükəsizlik Şurasına həvalə edəcək sərəncam imzalayacağını bildirib.

Bir çox ölkənin hökuməti 2020-ci ilin avqustunda mübahisəli seçkidən sonra və ondan səkkiz ay sonra da etirazçılara qarşı zorakı təqiblərin davam etdiyi bir vaxt Lukaşenkonun prezidentlik iddiasını qeyri-legitim hesab edir.

Onun tənqidçiləri Lukaşenkonun gələcəkdə konstitusiyaya dəyişiklik ediləcəyinə və seçkinin keçiriləcəyinə dair vədlərini yayındırıcı taktika adlandırıb.

Qərbin sanksiya tətbi etdiyi və yeni seçkinin keçirilməsi, eləcə də Lukaşenkonun istefasına dair çağırışların artığı bir vaxt, beş müddət prezident olan avtoritar Lukaşenko dəstək üçün Moskvaya üz tutub.

Lukaşenko ilə onun seçkidə qələbəsini tanıyan Rusiya Prezidenti Vladimir Putin arasında aprelin 22-də Moskvada keçirilən görüşün təfərrüatları ilə bağlı heç bir məlumat paylaşılmayıb.

“Bizim komandalarımız ittifaq dövləti üçün qanun layihəsi üzərində çalışmağa davam edirlər,” Putin danışıqlar zamanı daha yaxın siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərinin olduğu ittifaqı nəzərdə tutan ikitərəfli razılığa istinadən bildirib.

Belarusun Təhlükəsizlik Şurası Lukaşenkonun dəstəkçilərindən ibarətdir.

Belta dövlət xəbər agentliyinin bildirdiyinə görə, Lukaşenko aprelin 24-dəki açıqlamasında deyib ki, onun yoxluğunda Təhlükəsizlik Şurasına baş nazir başçılıq edəcək.

Belarusun siyasi müxaəlifətinin onsuzda təqiblərə məruz qalan rəhbərliyin böyük bir hissəsi ya həbs olunub ya da ölkəni tərk etməyə məcbur edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG