Accessibility links

Lukaşenko: Sanksiyalar tətbiq olunsa, Belarus reaksiya verəcək


Belarus lideri Aleksandr Lukaşenko cümə günü prezident seçkiləri ilə əlaqədar ölkəsinə qarşı hər hansı bir sanksiya tətbiq ediləcəyi təqdirdə qarşılıqlı tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ölkənin şərqindəki bir süd fabrikinə səfəri zamanı danışan Lukaşenko sanksiyalar tətbiq ediləcəyi təqdirdə ölkə ərazisindəki tranzit yolları kəsəcəyini və Litva limanlarını boykot edəcəyini deyib.

"Hökumətə Litva limanlarından bütün ticarət axınının digərlərinə yönəldilməsi ilə bağlı təklif verməyi tapşırdım," deyə Lukaşenko Belta dövlət xəbər agentliyinə şərhində əlavə edib: "Görək bunlarla necə yaşayırlar."

26 illik hakimiyyətinin ən böyük sınağı ilə qarşılaşan Lukaşenko Qərbdən gələn təhdidlərə cavab olaraq ölkə ordusunun yarısının döyüş hazırlığına gətirilməsinə əmr verib.

Avropa İttifaqı xarici işlər nazirləri cümə axşamı Belarusa qarşı sanksiyalar tətbiq edərək Lukaşenkoya yeni seçkilərin keçirilməsi üçün təzyiq göstərib. Lukaşenko isə öz növbəsində seçki saxtakarlığını rədd edir və müxalifətin yeni səsvermə çağırışlarını israrla qəbul etmir.

Almaniyanın Kansleri Anqela Merkel jurnalistlərə bildirib ki, Lukaşenko ilə telefonla danışmağa cəhd etsə də rədd cavabı alıb.

Rusiya Prezidenti Vladimir Putinin Lukaşenkonun xahişi ilə yaradıldığını dediyi ehtiyat polis qüvvəsi haqqında danışarkən Merkel bildirib ki: "Ümid edirəm belə qoşunlar yerləşdirilməyəcək".

"(İfadə azadlığı, etiraz azadlığı) üçün orada mübarizə aparmaq lazımdır. İnsanlara kənardan və heç bir yerdən müdaxilə edilmədən bunu etmələrinə imkan yaradılmalıdır," deyə Merkel əlavə edib.

Avropa İttifaqı (Aİ) nazirləri seçkidən iki həftə sonra saxtakarlığına etiraz edən insanlara qarşı güc tətbiq edən 20 nəfərə yaxın rəsmi şəxsə səyahət qadağaları və əmlakın dondurulması məsələsini nəzərdən keçirir.

XS
SM
MD
LG