Accessibility links

Luka Modriç "Qızıl top"-a sahib oldu


Luka Modriç "Qızıl top"-a sahib oldu
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Luka Modriç "Qızıl top"-a sahib oldu

Real Madrid futbol klubunun xorvat yarımmüdafiəçisi Luka Modriç bazar ertəsi 2018-ci il “Qızıl tp” (Ballon d’Or) mükafatının qalibi adına layiq görülüb. Bununla da on ildən sonra ilk dəfə Kriştiano Ronaldo və Lionel Messidən başqa bir futbolçu bu mükafata sahib olur.

33 yaşlı Modriç may ayında Real Madridin üçüncü dəfə ardıcıl Çempionlar Liqasının qalibi olmasına kömək edib və komandanın kapitanı olaraq Xorvatiya milli tarixində ilk dəfə Dünya Çempionatının final mərhələsinə çıxara bilib.

Mükafat Luka Modriçə Parisdəki Qrand Palaisdə keçirilən mərasimdən sonra keçmiş fransalı futbolçu Deyvid Qinola tərəfindən təqdim edilib.

"Bu çox qəribə hissdir. Həm sevincliyəm, həm də fəxr edirəm. Hazırda yaşadığım hissıləri sözlərlə təsvir etmək çox çətindir. Buna görə də icazənizlə mənim bu mükafatı qazanmağıma kömək olmuş hər kəsə xüsusi minnətdarlığımı bildirirəm.’’ – deyə, “Qızıl top” mükafatını qəbul edərkən Luka Modriç bildirib.

Fransanın "France Football" jurnalının təşkil etdiyi mükafatın qalibi jurnalistlər tərəfindən verilmiş səslərə görə müəyyən olunur.

Hər biri 5 dəfə bu ada layiq görülmüş Messi və Ronaldodan başqa sonuncu dəfə, 2007-ci ildə “Qızıl top” mükafatının qalibi Milanın braziliyalı oyunçucusu Kaka olumuşdu.

Yuventuslu hücumçu və 201-ci ilin qalibi Ronaldo ikinci olub. Atletiko Madridin fransalı hücumçusu Anton Qrizman isə mükafat yarışını üçüncü yerdə bitirib.

Sonuncu Dünya Çempionu Fransanın hücumçusu Kilian Mbappe ilin ən yaxşı gənc futbolçusu seçilib. O, yeni təsis edilən "Kopa Trophy" mükafatının ilk qalibi olub.

Qadınlar üçün “Qızıl top” mükafatı da bu il ilk dəfədir ki, verilib. Mükafata Norveç yığmasının hücumçusu Ada Hegerberg Fransanın Lyon klubunu Çempionlar Liqasının qalibi etdiyinə görə layiq görülüb.

“Qızıl top” mükafatı FİFA tərəfindən 1956-cı ildən bəri təqdim olunur.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG