Accessibility links

Lukaşenko belarusluları Vaqner muzdlularının ölkəyə gəlməsi ilə əlaqədar "sakit olmağa" çağırır


Aleksandr Lukaşenko. 27 iyun, 2023.
Aleksandr Lukaşenko. 27 iyun, 2023.

Belarusun beynəlxalq müstəvidə təcrid olunan lideri Aleksandr Lukaşenko belarusluluları Rusiyada ləğv olunan qiyamlarından sonra Vaqner muzludlularının ölkəyə gəlməsi ilə bağlı “narahat” olmamağa çağırıb. Bu arada isə ölkənin şərqində çadır düşərgəsinin yaradıldığını göstərən peyk görüntüləri ortaya çıxıb və AzadlıqRadiosunun Belarus xidmətinin təxminlərinə görə, orada təqribən 15,000 əsgər ola bilər.

İyunun 30-da çıxış edən Lukaşenko 30 ildir dəmir yumruqla idarə etdiyi ölkənin xalqına “sakit olun” deyib.

Yevgeni Priqojin ordunun səriştəsizliyindən şikayət edərək, minlərlə muzdluya qiyam çərçivəsində Moskvaya yürüş etməsinə göstəriş verənə qədər Vaqner muzdluları Rusiyanın müharibə səyləri üçün çox vacib hesab olunurdu.

Lukaşenkonun iyunun 24-də böhranı həll etmək üçün Priqojin ilə Prezident Vladimir Putinin rejimi arasında vasitəçilik etdiyi və Priqojin və onun döyüşçülərinə sığınacaq təklif etdiyi deyilir.

Lukaşenko öz çıxışında Vaqner muzdlularının Belarusa transferi ilə bağlı deyib ki, “bu problem şişirdilib.”

Priqojin Vanqer sıralarına cinayətkarlar və başqa məhbusları cəlb edib.

“Onlar ən hazırlıqlı insanlardır,” Lukaşenko deyib. “Onlar deyir ki, 'bunlar məhbuslardır.' Qulaq asın, orada [Rusiyada] [cinayətlərə görə] məhkum olunan bütün əsgərlər, təəssüf ki, artıq ölüb. Və onların izah etmək istəmədikləri başqa bir nüans isə odur ki: Rusiyada məhkumlar yalnız Rusiya cəbhəsində [döyüşmək üçün] həbsxanalardan sərbəst buraxılıblar. [Ukraynada döyüşmək üçün cəlb olunan məhbsulardan] tək bir insan belə xaricə getmir.”

Kremlin Minsklə razılaşmasının təfərrüatları bəlli deyil, ancaq Priqojinin ora şəxsi təyyarə ilə getdiyi güman edilir.

AzadlıqRadiosunun Belarus xidməti Belarusun şərqindəki Mahilyov vilayətinin Asipouitski rayonunda, Rusiya sərhədindən 100 kilometrdən az məsafədə yerləşən Tsel kəndi yaxınlığında yeni hərbi çöl düşərgəsinin olduğunu göstərən peyk görüntülərini ələ keçirib.

Bu, Belarusda digər bilinən səhra düşərgələrindən daha böyükdür.

Belarus rəsmiləri onun nə üçün nəzərdə tutulduğunu açıqlamayıblar.

Düşərgə Ukrayna sərhədindən 100 kilometrdən çox şimalda yerləşir.

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik və kəşfiyyat rəsmiləri ilə məsləhətləşəndən sonra iyunun 30-da deyib ju, o, Ukraynanın Belarusa bitişik olan şimal hərbi sektorunda müdafiənin gücləndirilməsinə göstəriş verib.

Yerli sakinlər Tseldə təmir və tikinti işlərinin iyunda başladığını bildirib.

Ancaq Planet.com-un təmin etdiyi və AzadlıqRadiosunun dərc etdiyi peyk görüntülərinə əsasən, iyunun 17-də orada gələcək yerləşdirməyə dair izlər olmayıb. İyunun 24-ə aid peyk görüntüsündə heç bir düşərgə görünmür.

Lakin iyunun 27-də çəkilən şəkildə səhra çadırları, qazıntı çuxurları, yeni avadanlıqlar və tiktinin olduğuna dair başqa işarələrin olduğu göstərilir.

AzadlıqRadiosunun Belarus xidməti iyunun 24-də orada olmayan 303 çadır sayıb.

Şəkillərdə hər hansı silah və ya başqa hərbi avadanlıq görünmür.

Lukaşenko 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlayandan bəri rusiya ordusuna Belrlaus ərazisindən əməliyyatlar keçirməyə və bu yaxınlarda isə orada Rusiyanın taktini nüvə silahlarının yerləşdirilməsinə icazə verib.

O iyunun 30-da deyib ki, ölkəsində yerləşdirilən taktiki nüvə silahlarının heç vaxt istifadə olunmayacağına əmindir. Lukaşenko “onların Belarusda yerləşdirilməli olduğuna getdikcə daha çox əmin olduğunu” dedikdən sonra “əminəm ki, onlar burada olduqları müddətdə onlardan heç vaxt istifadə etməyəcəyik. Və heç bir düşmən heç vaxt bizim torpaqlarımıza ayaq basmayacaq” deyə əlavə edib.

XS
SM
MD
LG