Accessibility links

Luvr muzeyi koronavirus təhlükəsilə əlaqədar bağlanıb


Koronavirus epidemiyasının yayılması Fransada Luvr muzeyinin bazar günü bağlanmasına səbəb olub. Muzeyin kolleksiyasını qoruyan işçilər dünyanın hər yerindən gələn ziyarətçilər tərəfindən xəstəliyə yoluxa biləcəklərindən ehtiyat edir.

“Biz çox narahatıq, çünki dünyanın hər yerindən ziyarətçilər gəlir”, Luvr muzeyinin işçisi və işçilərin həmkarlar ittifaqının təmsilçisi Andre Sakristin bildirib.

“Risk olduqca böyükdür, çox böyükdür. Hələlik muzeyin 2300 işçisi arasında xəstələnən yoxdur. Amma bu, vaxt məsələsidir”, o əlavə edib.

Luvr muzeyinin verdiyi qısa bəyanatda bildirilir ki, muzeyin işçiləri koronavirus epidemiyasının qarşısının alınması ilə bağlı keçirilən iclasda muzeyin bazar günü planlaşdırıldığı kimi səhər açılmaması qərarını verib.

Muzeyin bağlanması hökumətin 5 mindən çox insanın qapalı yerlərdə toplaşmasının qadağan edilməsinə dair qərarından sonraya təsadüf edir.

Andre Sakristinin bildirdiyinə görə, yeni ölçülər Luvr muzeyinin işçilərinin muzeyə hər gün minlərlə ziyarətçinin gəlməsinə görə virusa yoluxmaq təhlükəsi qarşısında ola bilməsilə əlaqədar həyata keçirilib. Narahatlığa səbəb olan məsələlərdən biri isə hazırda İtaliyanın şimalındakı muzeyin işçilərinin Luvrda olması ilə əlaqədardır. Onlar Leonardo da Vinçinin sərgisi üçün muzeyə verilmiş əsərlərin geri qaytarılması məqsədilə Luvrdadır.

Andre Sakristin Luvr muzeyinin həmkarlar ittifaqı və muzeyin menecmenti arasında bazar ertəsi iclas keçiriləcəyini deyib. Onun bildirdiyinə görə, muzeyi ziyarət edənlər işçilərin qorunması üçün ziyarətçilər səhiyyə yoxlamasından keçməlidir və koronavirusa yoluxmanın təsdiq edildiyi halda “muzey bağlanmalıdır”.

XS
SM
MD
LG