Accessibility links

Xəstələri Ukraynanın şərqindən Lvivə daşıyan xüsusi tibbi qatar


Xəstələri Ukraynanın şərqindən Lvivə daşıyan xüsusi tibbi qatar
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Xəstələri Ukraynanın şərqindən Lvivə daşıyan xüsusi tibbi qatar

Ukrayna Dəmir Yolları Sərhədiz Həkimlər Təşkilatı ilə birlikdə yaralı pasientləri Ukraynanın şərqindən ölkənin qərbindəki xəstəxanalara daşıyan xüsusi tibbi qatarı istismara verib.

Svyatoslav Rıçkov və İhor Belyanski Ukraynanın Donbas bölgəsindəndir. Onlar Lvivdə xəstəxana palatasında tanış olublar. Onlar Ukraynanın şərqində atışma zamanı yaralanıb; hər ikisi möcüzəci şəkildə sağ qalıb.

“Onun əli pis vəziyyətdədir, demək olar işlək deyil. Amma özü indi normaldır. O, artıq sevdiyi onlayn oyunları oynaya bilir,” Svyatoslavın anası Olena Rıçkova deyir.

Olena Rıçkova Lisiçansk şəhərindən tibb bacısıdır, amma indi işləmədiyini deyir. Onun işlədiyi xəstəxana Luhansk bölgəsinin davamlı olaraq atəşə tutulması səbəbilə uzun müddətdir bağlıdır.

Lvivdə cərrahlar onun 13 yaşlı oğlunun sağ ciyərindən Rusiya raketinin bir parçasını çıxarıblar.

“Əyilmiş gülləyə bənzəyir,” Svyatoslav deyir.

Svyatoslav xüsisi tibbi qatarla vaxtında evakuasiya edildiyi üçün sağ qalıb. Bu qatar Ukrayna Dəmir Yolları ilə Sərhədsiz Həkimlər təşkilatının birgə layihəsidir.

“Biz bu qatarda 30-a yaxın pasienti daşıya bilirik. Bizim 5 reanimasiya yatağımız var və iki pasienti tamamilə mexaniki ventilyasiyada saxlamaq imkanımız var,” Sərhədsiz Həkimlər təşkilatından Yasser Kəmaləddin deyir.

Misirli Yasser Kəmaləddin artıq on ildir Sərhədsiz Həkimlərdə işləyir. Amma o ilk dəfədir ki, tibbi qatarda işləyir.

“Burda bu otaqda yeddi oxigen generatorumuz var. Bu, hər hansı xəstəxana olan oksigen balonları kimidir,” o deyir.

Ujhoroddan olan Natalya Kıniv deyir ki, qatar təcili tibbi yardım maşını, xəstəxana və reanimasiya şöbəsinin qarışığıdır.

“Qatarımızın sevdiyim tərəfi odur ki, biz bütöv bir ailəni və ya bir ailəni dostları ilə birlikdə ala bilirik. Biz onların hamısını eyni anda apara bilirik,” anestezioloq Natalia Kıniv deyir.

Tibbi qatarın başqa bir pasienti olan Popasnadan Anastasia Prıhodanın hekayəsi bütün dünyaya yayılıb.

Çox pis xəsarət alan 14 yaşlı qız dörd yaralı yetkinin olduğu maşını Rusiyanın atəşi arasından təhlükəsiz şəkildə 30 kilometr yol boyu sürüb. O həmçinin yüksək sürətlə yolun minaların olduğu hissəsindən yan keçə bilib.

“Sürücünün oturacağı nəyə görəsə çox yüksək idi. Mənim üçün yok yüksək idi. Məni ayaqlarım pedallara zorla çatırdı. Amma bəxtim gətirdi ki, oturacaq yüksək idi – çünki beləcə mən minaları görə bildim,” o deyir.

Qatar indiyədək 500-dən çox pasienti evakuasiya edə bilib. Sərhədsiz Həkimlər təşkilatı bildirir ki, qatar mümkün olduğunu qədər hərəkət etməyə davam edəcək.

XS
SM
MD
LG