Accessibility links

Lvov deputatları Zelenskidən Ukrayna dilində danışmağı tələb edir


Lvov Rayon Şurasının deputatları prezident Vladimir Zelensikiyə yekdilliklə müraciət ünvanlayıb.

Müraciətdə Ukrayna prezidentindən ictimai çıxışlarını yalnız Ukrayna dilində etməsi tələb olunur. Bildirilib ki, prezident dövlət dili statusina riayət etməlidir.

"Biz, Lvov Rayon Şurası deputatları hesab edirik ki, müharibədə olan dövlətin prezidenti ictimai sferada rus dilindən tam şəkildə imtina etməlidir” - deyə, müraciətdə deyilir.

Deputatlar rus dilini təcavüzkar ölkə dili adlandırıb. Onlar Zelenskiyə xatırladıb ki, siyasətçi ictimai çıxışlarında rus dilində danışmaqla Ukrayna qanunvericiliyini pozur.

Onlar bununla Ukrayna vətəndaşlarının da informasiya əldə etməsi hüquqlarının pozulduğunu iddia edib.

Hər iki dildə danışan Zelensiki inaqurasiyasındakı çıxışı zamanı iki dildə müraciət etmişdi.

Aprelin 25-də Ukraynanın Ali Radası Ukrayna dilini dövlət dili kimi təsdiq edib.

Mayın 15-də prezident Petro Poroşenko tərəfindən imzalanan sənəd qüvvəyə minib.

Qərar dövlət orqanlarında Ukrayna dilindən yeganə dil kimi istifadə edilməsini nəzərdə tutur.

Lakin şəxsi söhbətlərdə Polşa, latın, rus və digər dillərdən istifadə edilə bilər.

Bundan əvvəl Lvov qanunvericiləri regionda rus dilində mahnı, kitab və filmləri qadağan edib. Bu qadağanın Rusiyanın Ukraynanın işğalına son qoyanadək davam etdirilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG