Accessibility links

Lyubov Sobol: Navalnının zəhərlənməsində Kremlin əli var


Rusiyanın müxaifət lideri Aleksey Navalnının yaxın müttəfiqi bildirir ki, Moskva rəsmiləri Navalnının zəhərlənməsi ilə bağlı istintaq aparmaqdan çəkinirlər, çünki bunun arxasında Kreml dayanır, baxmayaraq ki, onlar bunu inkar edirlər.

Navalnının Korrupsiya Əleyhinə Mübarizə Fondunun vəkili Lyubov Sobol və tanınmış müxalif fəal bir müsahibəsində bütün mövcud dəlillərin Kremlə işarə etdiklərini deyib.

“Mənim üçün tamamilə aydındır və mən açıq şəkildə dilə gətirməkdən qorxmuram ki, onun zəhərlənməsinin arxasında Kreml var,” Sobol deyib. Bunu başqa heç kəs edə bilməzdir. Zəhərlənmənin üsulu da buna işarə edir. Sinir iflicedici zəhər aptekdə alınan bir şey deyil. Bu, döyüş maddəsidir. Bu səbəbdən də onlar istintaq aparmırlar,” Sobol deyib.

Navalnın tərəfdaşı Rusiyanın İstintaq Komitəsindən ictimai xadimə qarşı sui-qəsd cəhdi ittihamlarla nəticələnə biləcək cinayət istintaqı başlatmasını tələb edib, lakin hələ ki, heç bir cavab almayıb.

“Onlar başa düşür ki, hər hansı istintaq onları Kremlə yönəldəcək. Onlar cinayət istintaqı başlatmırlar, çünki axır-əvvəl istintaqın nəticələrinin nə olduğunu söyləməli olacaqlar,” Sobol deyib.

Rusiyanın baş prokurorluğu cümə axşamı bildirib ki, onlıarın ötən həftə başlatdıqları istintaqda Navalnıya qarşı “qəsdən cinayət əməllərinin” olduğuna dair hər hansı dəlil aşkar olunmayıb.

Kremlin sözçüsü Dmitri Peskov ötən həftə Navalnının vəziyyəti tam müəyyən olmayanadək cinayət istintaqına heç bir əsas görəmdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin tanınmış tənqidçisi və korrupsiya hallarını araşdıran Navalnının vəziyyəti avqustun 20-də Moskvadan Sibirə uçarkən pisləşib və təyyarə Omska təcili eniş edib.
Onun şəxsi həkimi və köməkçisi Navalnının hava limanının kafesinə çay içdiyini bildirib. Köməkçi çayda zəhərin olduğuna inandığını deyib.

Navalnı ötən həftə “hərtərəfli tibbi müayinə” üçün Berlindəki Charité Xəstəxanasına köçürülüb. Oradakı həkimlər onun bədənində sinir iflicedici maddə olan “xolinesteraza inhibitorları”nı aşkar ediblər.

Onun hələ də süni komada nəfəs aparatına taxılı vəziyyətdə qaldığını deyilir. Almaniya həkimləri Navalnının vəziyyətinin ciddi olduğunu, amma həyatının təhlükədə olmadığını deyirlər.

XS
SM
MD
LG