Accessibility links

Müdafiə naziri Akar: Türkiyə Suriya ordusunun çox sayda hədəfini məhv edib


Türkiyə keçən həftə hava hücumu nəticəsində əsgərlərinin öldürülməsindən sonra başladığı hərbi əməliyyatda bazar günü Suriya ordusunun müdafiə sistemləri və 100-dən çox tankını məhv etdiyini, iki təyyarəni isə vurduğunu bildirib.

Suriyanın şimal-qərbində gərginlik Türkiyənin dəstəklədiyi üsyançılar və Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri arasında döyüşlərin iki regional güc arasında birbaşa qarşıdurma riski yarada bilməsinə görə artıb.

Ankara və Moskva arasında gərginliyin azaldılması məqsədilə diplomarik səylər Suriyanın şimal-qərbində üsyançıların doqquz ildir sürən vətəndaş müharibəsindən sonra sonuncu istinadgahı olan İdlib bölgəsində atəşkəsin əldə edilməsinə gətirib çıxarmayıb.

Bizim Rusiya ilə qarşı-qarşıya gəlmək kimi nə bir niyyətimiz, nə də məqsədimiz yoxdur.
Müdafiə naziri Akar

Ankara Türkiyənin 33 əsgərinin cümə axşamı Dəməşqin hücumları nəticəsində öldürülməsindən sonra Suriya ordusuna qarşı dron hücumları da daxil olmaqla hava hücumlarını artırıb. Cümə günü daha bir əsgərin ölməsindən sonra fevral ayında ölənlərin sayı 55-ə çatıb.

Suriya ordusu bazar günü Dəməşqin müttəqifi Moskvanın illərdir nəzarət etdiyi şimal-qərb bölgəsində hava hövzəsini pozan hər hansı təyyarəni vuracağı ilə hədələyib.

“Bizim Rusiya ilə qarşı-qarşıya gəlmək kimi nə bir niyyətimiz, nə də məqsədimiz yoxdur. Bizim yeganə məqsədimiz ondan ibarətdir ki, Suriya rejimi qətliama son qoysun və radikalizasiya və miqrasiyanı dayandırsın”, Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

O, Türkiyənin Suriyadakı dördüncü əməliyyatını “Bahar Qalxanı” adlandırıb. Akar Türkiyənin fevralın 27-dən bəri bir dron, səkkiz helikopter, 103 tank, raket atan qurğu və altı hava müdafiə sistemini məhv etdiyini deyib.

O, Suriya hərbi qüvvələrinin 2212 üzvünün öldürüldüyünü nəzərdə tutaraq “neytrallaşdırıldığı”, yaralandığı və ya ələ keçirildiyini əlavə edib.

Britaniyada qərargahlanan Suriya İnsan Hüquqlarını Müşahidə qrupu fevralın 27-dən bəri Suriyanın və Dəməşq tərəfdarı qüvvələrinin 74 əsgərinin öldürüldüyünü bildirib.

Müdafiə naziri Hulusi Akar bazar günü Suriyanın iki təyyarəsinin vurulduğunu bildirib. Suriyanın dövlətə məxsus SANA xəbər agentliyi pilotların paraşütlə xilas olduqlarını və onların vəziyyətinin normal olduğu haqda məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG