Accessibility links

Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir


Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 13-nə keçən gecə ərzində gərginlik davam edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

“Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.”

Müdafiə Nazirliyi bildirir ki, gecə döyüşündə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Rəşid Mahmudov həlak olub.

Məlumatda deyilir ki, hazırda əməliyyat şəraiti Azərbaycan qoşunlarının nəzarəti altındadır.

Müdafiə Nazirliyi cəbhədə Ermənistan hərbi obyektinin vurulmasının əks olunduğunu bidlirdiyi video görüntü də yayıb.

Tovuzda doğüşdən foto
Tovuzda doğüşdən foto

Öz növbəsində Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 13-də gecə saatalrında atışmalar davam edib, 2-3 saatlıq fasilədən sonra səhər saatlarında atışmalar yenidən bərpa olunub.

Ermənistan tərəfi itkilər barədə məlumat vermir.

Azərbaycan Müdafiə Nazirliyi iyulun 12-də Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) Ermənistan Silahl Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücum etdiyini bildirirb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edib.

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.

Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib.

“O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb”.

Müdafiə Nazirliyi iyulun 13-də gecə saatlarında Ermənistan tərəfinin Azərbaycan Ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutduğunu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG