Accessibility links

Müdafiə Xətti: 83 gündür aclıq edən jurnalistin hüquqları təmin edilməldiir


Ombudsman Aparatı rəsmi intenet saytında yayılan Əfqan Sadiqovun fotosu
Ombudsman Aparatı rəsmi intenet saytında yayılan Əfqan Sadiqovun fotosu

“Azərbaycan hökumətini Əfqan Sadıqovun hüquqlarını təmin etməyə, onun ittiham edilməsinə səbəb olan hadisənin sifarişli, qurama, təhrikçi olduğuna xüsusi diqqət yetirməyə, jurnalistin tənqidçi yazılarından irəli gəldiyini nəzərə almağa, jurnalistin pozulmuş hüquqlarını bərpa etməyə, onun ədalətli mühakimə hüququnu tam təmin etməyə çağırırıq.”

Bu barədə Müdafiə Xətti hüquq-müdafiə təşkilatının bu gün, yanvarın 26-da 83 gündür həbsxanada aclıq edən jurnalist Əfqan Sadıqovla bağlı yaydığı bəyanatda deyilir.

2020-ci il noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq 7 il azadlıqdan məhrum edib. Sadıqov hökmü qanunsuz və sifarişli sayaraq ondan şikayət verib. Apellyasiya şikayətinə baxış ötən ilin dekabrında başlanıb və məhkəmə bir neçə dəfə təxirə salınıb. Sonuncu dəfə Sumqayıt Apellyasiya Məhkəməsi şikayətə yanvarın 28-də baxılacağını bildirirb.

Əfqan Sadıqov
Əfqan Sadıqov

Jurnalist məhkəmənin hökmünə etiraz olaraq 2020-ci il noyabrın 3-də məhkəmə zalında aclıağa başaldığını elan edib. O, artıq 83 gündür aclıq edir.

Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova jurnalistin yanvarın 21-də komaya düşdüyünü və onun aparata qoşulduğunu, bədəninə süni yolla qidalandırıcı maddələrin yeridildiyini bildirib.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır və Sadıqov aclıq aksiyasını davam etdirir.

Ombudsman Aparatı rəsmi intenet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.

Müdfafiə Xətti bildirir ki, jurnalistin səhhəti ilə bağlı yaranmış təhlükəli durumdan dərin narahatlıq keçirir.

“Sadıqovun kəskin tənqid hədəflərindən biri olan, həbsinin əsas sifarişçisi saydığı Sumqayıt şəhər İcra Hakimiyəti başçısı Zakir Fərəcovun Sumqayıt şəhərinin hüquq mühafizə, istintaq, eləcə də məhkəmələrinə böyük təsir imkanlarına malik olduğu hüquq müdafiəçilərində şübhə doğurmur. Təsadüfi deyil ki, hüquq müdafiə təşkilatları Əfqan Sadıqovun jurnalist fəaliyyəti, vəzifəli şəxsləri tənqid edən fəaliyyətinə görə təzyiqlərin, hüquq pozuntularının qurbanı olduğunu əsas gətirərək onu siyasi məhbus hesab edirlər,” Müdafiə Xətti qeyd edir.

XS
SM
MD
LG