Accessibility links

Müdafiə Xətti: Aprel ayında daha çox şəxsi həyata hörmət hüququ pozulub


Müdafiə Xətti təşkilatı
Müdafiə Xətti təşkilatı

Aprel ayı Azərbaycanda qanunvericiliyin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşahidə olunub.

Bu barədə Müdafiə Xətti İnsan Haqları Təşkilatının 2021-ci ilin aprel ayında insan haqlarının durumu barədə hesabatında deyilir.

Müdafiə Xəttinin monitorinqinə əsasən Azərbaycanda son aylarda ən çox ailə və şəxsi həyata hörmət, azadlıq və şəxsi toxunulmazlıq, mülkiyyət, ədalətli məhkəmə araşdırılması, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulub.

“Ailə və şəxsi həyata hörmət hüququnun pozulması bir çox siyasi və ictimai xadimlərin, fəalları şantaj və susdurmaq məqsədini güdüb. Mediada və sosial şəbəkələrdə yayılan şəxsi yazışmalar, şəkillər, videollar və s. hüquq-mühafizə orqanları tərəfindən cinayət işlərinin başlanmasına əsas olsa da, həmin orqanlar tərəfindən susqunluqla qarşılanıb. Azadlıq və şəxsi toxunulmazlıq hüququ ilə bağlı da Azərbaycandakı durum yaxşılığa doğru getmir. Qeyd edilən hüququn pozulması digər prosessual hüquqların pozulmasına gətirib çıxarır (keyfiyyətli hüquqi yardım almaq hüququ, ailə üzvləri və yaxınları ilə görüş almaq hüququ, vəkillə konfidensial ünsiyyət qurmaq hüququ və s.).”

Sənəddə deyilir ki, ədalətli məhkəmə araşdırılması hüququ məhkəmə sisteminin müstəqil olmamasından irəli gələrək məhkəmə proseslərinin əksəriyyətində pozulur.

“Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir və siyasi movitli (“həssas”) işlərdə müstəqil və ədalətli deyillər. Bundan əlavə, ölkədə İkinci Vətən Müharibəsindən sonra qazilər və əlilliyini qazanan qazilər sosial ədalətsizlikə üzləşib. Müdafiə Xəttinin müşahidələrinə əsasən bu qəbildən olan bir çox işlərdə qazilər əlillik dərəcəsinin müəyyən olunması və sosial müavinətlərin alınmasında əziyyət çəkirlər. Dövlət strukturların süründürmənçilik və bürokratiya səbəbindən səmərəli iş görə bilmirlər.”

Beləliklə, Müdafiə Xətti 2021-ci ilin aprel ayı ərzində qeydə aldığı bir çox sahələrdə, xüsusilə məhkəmə-hüquq sistemindəki hüquq pozuntuları barədə məlumatları təqdim edib.

Öz növbəsində, Azərbaycan hökuməti bir qayda olaraq insan hüquqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquq və azadlıqların tam təmin edildyini bildirir.

Bununla yanaşı, ölkə beynəlxalq reytinqlərdə insan hüquqları, media azadlığı və korrupsiya indeksində qeyri-azad ölkələr sırasına daxil edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG