Accessibility links

Filippinli ixtiraçı “uçan idman maşını”nı təqdim edib


Filippinli ixtiraçı “uçan idman maşını”nı təqdim edib
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Flippinli ixtiraçı gələcəyin nəqliyyatı adlandırdığı uçan idman avtomobilini ictimaiyyətə təqdim edib.

Keçmiş rəqqas və kamera operatoru olan Kixz Mendiola adətən pilotsuz dronlarda istifadə olunan ''multikopter'' adlı mühərriklə təchiz edilmiş təknəfərlik uçan avtomobili ilə bir neçə dəqiqəlik uçduqdan sonra eniş edib.

"Bu möhtəşəm idi. Bütün əziyyətim öz bəhrəsini verdi. Düzdür fabrik yeni olduğu üçün tozla bağlı xırda bir problem yarandı. Ancaq bundan sonra hər şey daha mükəmməl olacaq.'' - deyə, ixtiraçı Mendiola bildirib.

Mendiolanın "Koncepto Milenya" adlanan bu maşı 6,1 metr hündürlükdə saatda 60 km sürətlə uça bilir. Ancaq ilk uçuş cəmi 10 dəqiqədən qısa bir müddət davam edib.

Onun sözlərinə görə, altı lityum-ion batareyaları ilə təchiz edilmiş təknəfərlik portativ avtomobilin hazırlanması üçün tələb olunan vəsaiti toplamaq çətin olub.

100 kiloqrama qədər çəkini daşıya biləcək bu avtomobil paytaxt Manila kimi xroniki tıxac problemi yaşayan şəhərlərdə səfər müddətini saatlardan dəqiqələrə qədər endirə bilər.

"Bu qısa və orta məsafəli səyahətlər üçün çox əlverişli olacaq. İnsanlar adətən səfər edəndə bir saat və ya bir qədər qısa müddətlik səfər edir. Bununla isə siz həmin vaxtı beş dəqiqəyə endirə bilərsiniz. Elektriklə işləməsi də onu ətraf mühit üçün daha yaxşı edir.

Avtomobilin 16 mühərriklə işləməsi bu maşına əlavə təhlükəsizlik xüsusiyyəti qatır. Əgər bir və ya iki motor sıradan çıxsa belə maşın uçmağa davam edə biləcək.

''Bu uçan maşının 16 motoru və 16 kompüteri var. Belə ki, əgər motorlardan biri və ya ikisi xarab olsa siz rahatlıqla yerə eniş edə bilərsiniz. Beləcə biz uça bilən maşını əlverişli və təhlükəsiz edə bilərik.' deyə, Mendiola əlavə edib.

Avstraliyanın Star8 şirkəti, videonun sosial mediada viral olmasından sonra avtomobilin inkişaf etdirilməsi üçün Mendiola ilə əməkdaşlıq etmək qərarına gəlib.

Star8-in icraçı direktoru Yakob Maymon bildirib ki, şirkət Mendiolanın maşınını kütləvi istehsal edərək Çin və Avropa bazarlarına çıxartmaq istəyir.

"Uçan avtomobillər üçün bazar artıq yaranıb. Ancaq nəzərə alın ki, həmin inkişaf etmiş texnologiyalar Google, Uber kimi texnologiya nəhəngləri tərəfindən yaradılıb. Ancaq Mendiolanın kiçik büdcə hesabına ərsəyə gətirdiyi bu maşın artıq mükəmməldir. Hazırda həmin şirkətlər çox öndədir amma bizim də edəcəyimiz köməyin hesabına biz həmin səviyyəyə daha sürətlə çata biləcəyik." - deyə, Yakob Maymon qeyd edib.

XS
SM
MD
LG