Accessibility links

Birləşmiş Ştatlara hər il 1 milyondan çox mühacir gəlir


Hər il Birləşmiş Ştatlara bir milyondan çox mühacir gəlir və onların ən böyük hissəsi Hindistandandır.

2010-cu ildə Asiya ölkələrindən Birləşmiş Ştatlara gələn mühacirlər ispan mühacirlərdən daha çox olub. Latin Amerikasından mühacirlərin sayı 2008-ci ilin əvvəlində "Böyük tənəzzül" başlayanda kəskin şəkildə azalıb.

2017-ci ildə Hindistandan Birləşmiş Ştatlara 126 min mühacir gəlib. Hindistandan sonra ən böyük mühacir axını Meksikadan olub ki, bu, 124 min təşkil edib. Ondan sonra Çindən 121 min, Kubadan 41 min mühacir daxil olub.

Pew Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, 2055-ci ildə asiyalıların sayı ispandilli mühacirlərin sayını aşaraq, ölkədə ən böyük mühacir qrupu olacaq.

Hazırda isə Birləşmiş ştatların ən böyük, əhalinin 44 faizini təşkil edən ispandilli və ya Latin Amerikasından olan mühacirlər təşkil edir.

Amerikada 44 milyon xaricdə doğulan insan yaşayır ki, onlar ölkə əhalisinin 14 faizini təşkil edir.

XS
SM
MD
LG