Accessibility links

Mühacir uşaqların ailələri ilə birləşdirilməsinə qoyulan vaxt başa çatıb


Tramp administrasiyasının ABŞ-a qaçaq yolla keçdikləri zaman valideynlərindən alınmış mühacir uşaqların yenidən ailələri ilə birləşdirilməsinə qoyduğu vaxt başa çatıb.

Çərşənbə axşamı günün sonuna qədər ailələri ilə birləşməyə uyğun hesab olunan 5 yaşından aşağı 75 uşaqdan 50-i valideynlərinə veriləcək.

Hökümət vəkilləri uşaqların əsl valideynlərini tapmaq üçün daha çox vaxta ehtiyac olduqlarını söyləyib, çünki valideynlərdən bəziləri artıq deportasiya edilib və ya həbsdən azad edilib.

Qvatemalaya deportasiya edilmiş bir qadın Qvatemalada ABŞ və Mərkəzi Amerika səlahiyyətlilərinin görüşünü ABŞ-a sənədsiz mühacir axınını azaltmaq işinə diqqət çəkməyə çalışıb.

"President Donald Trampdan tezliklə körpəmin qaytarılmasını xahiş edirəm, yalvarıram. Mən uzun müddət gözləmək istəmirəm, iki ay analara sərhədi qanunsuz keçməməyə öyrətmək üçün kifayət qədər ağır cəzadır"- deyə ana bildirib.

Prezident Donald Tramp çərşənbə axşamı etdiyi çıxışı zamanı bildirib ki, onun immiqrasiya probleminin həlli yolu insanların ABŞ-a qanunsuz yolla gəlməməsidir.

Amerika Birləşmiş Ştatlarına Mərkəzi Amerika ölkələrindən bir çox qeyri-qanuni immiqrant yoxsulluq, işsizlik və quldur dəstələrinin zorakılıqlarından qaçaraq Meksika sərhədindən keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG