Accessibility links

Mühacirlər sərhədə doğru yürüşlərini davam etdirir


Mühacirlər sərhədə doğru yürüşlərini davam etdirir
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Mühacirlər sərhədə doğru yürüşlərini davam etdirir

ABŞ-da sığınacaq axtaran yüzlərlə miqrant noyabrın 22-i Meksikanın Tihuana və Kaliforniyanın San-Diyeqo şəhərləri arasındakı keçid məntəqəsinə etiraz yürüşü edərək, mühacirət müraciətlərinə baxılmasını tələb ediblər.

İmmiqrasiya sistemində boşluqlar olduğunu vurğulayan ABŞ prezidenti Donald Tramp bildirib ki, bundan sonra gömrük işçiləri tərəfindən yalnız rəsmi giriş məntəqəsində özünü təqdim edən miqrantların mühacirət tələblərinə baxılacaq.

Ancaq mühacirət müraciəti altı aya qədər davam edə bilir və Tihuana şəhərində minlərlə məcburi köçkün üçün bu kifayət qədər sürətli deyil.

Meksika mühacir yürüşünə cavab olaraq sərhəd keçid məntəqəsinə polislər yerləşdirib, barrikadalar quraraq, girişə məhdudiyyət qoyub.

Həmçinin miqrantlara Meksika tərəfində. ölkədə qalmaq üçün iş vizası təklif olunsa da, mühacir olmaq istəyənlərin bir çoxu daha da şimala getmək əzmindədir.

"Biz Tihuanaya işləmək üçün gəlməmişik. Biz bura ABŞ-a keçmək üçün gəlmişik. Biz heç kimi incitmək istəmirik. İstəyimiz təkcə sülhdür." - deyə, honduraslı mühacir Xavier Aquirre bildirib.

Meksikanın immiqrasiya rəsmilərinin verdiyi məlumata görə, Tihuana sərhəd məntəqəsində təxminən 10 min nəfər Mərkəzi Amerikalı miqrant toplanıb.

"İnformasiya axınının olmaması pisdir. Onlar hansı seçimlərinin olduğunu bilməlidir. Əgər onlarsSərhəddən keçmək istəyirlərsə, onda adlarını bir siyahıya yazmalı və gündəlik kontingentdən xəbərdar olmalıdırlar." - deyə, Meksika Milli İnsan Haqları Komissiyasının rəsmisi Eduardo Sisosa bildirib.

ABŞ prezidenti Donald Tramp miqrantları çox sərt şəkildə tənqid edərək, karavanı Mərkəzi Amerika kriminalları və “işğalçı” adlandırıb.

Lakin miqrantların bəziləri Hondurasdakı zülm və kriminal qruplaşmalardan xilas olmaq üçün ABŞ-a qaçdıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG