Accessibility links

Mühacirlərin artan sayda saxlanılması hüquq pozuntularına yol açır


Mühacirlərin artan sayda saxlanılması hüquq pozuntularına yol açır
please wait

No media source currently available

0:00 0:02:43 0:00

ABŞ-da saxlanılmış sənədsiz mühacirlərin sayı artmaqdadır. Bəzən onlar cinayətkarlara verilən hüquqi müdafiədən daha uzun müddət saxlanılır. Bu, mühacirətin müdafiə qrupunun hazırladığı son hesabatda deyilir.

Son 20 il ərzində gündəlik həbs olunan mühacir sayı artaraq, 1994-cü ildən cari ilədək 7 mindən 44 minə çatıb.

Tramp administrasiyasının sərt immiqrasiya siyasəti bu tendensiyanı sürətləndirib.

Daxili təhlükəsizlik naziri Kirstyen Nielsen idarənin cəzalandırılmış immiqrasiya siyasətini müdafiə edərək, ölkəyə qeyri-qanuni yollarla gələn hər kəsin nəzarətə alınaraq, ittiham olunacağını və ya geri qaytarılacağını söyləyib.

“İş axtarışı ABŞ qanununa əsasən sığınacaq üçün əsas deyil”, Nielsen bildirib.

Amma Amerikanın Mühacirət Şurası bildirir ki, bu siyasətlərin zorla ailə üzvlərinin ayrılması, qeyri-insani həbs şərtləri və hüquq məsləhətçiliyinin olmaması kimi insan hüquqlarının pozulmasına səbəb olur.

“Biz elementar insan hüquqları və həbsdə olan hər kəsin ehtiyacı olduğu qanuni qorumalardan danışırıq”, Ketrin Şeferd, Amerika Mühacirət Şurası.

Bu ilin əvvəlində prezident Donald Trampın “sıfır tolerantlıq” siyasəti altında Meksikadan qanunsuz şəkildə Birləşmiş Ştatlara keçən ailələr dərhal həbs edilib. Onların uşaqları isə hökümətin himayəsinə verilib. Tramp kütləvi etirazlardan sonra buna son qoyub.

Əvvəllər sığınacaq axtaranlar adətən məhkəmə növbələrini azadlıqda gözləyirdi. Ancaq Tramp administrasiyası işlərinə baxılana qədər onları həbsdə saxlayır.

Qey fəal Edafe Okporo Nigeriyada homoseksuallara qarşı zorakılıqlardan ABŞ-a qaçıb və 2017-ci ildə sığınacağa müraciət edərkən beş ay müddətinə həbs olunub.

"Mənə həbs olunacağımı dedilər. Əvvəl mən Nigeriyaya qayıtmaq istədim, çünki mən heç vaxt həbsdə olmamışam. Məni niyə həbs eysinlər ki? Şok olmuşdum.”, Nigeriyalı fəal Edafe Okporo.

Amerika Mühacirət Şurası qanuni sığınacaq axtaran şəxslərin çox vaxt günahsız olduğunu bildirir.

"Həbsxanalarda olan insanların qaçmaq riski yoxdur, onlar cəmiyyət üçün təhlükəli deyillər və onların bir çoxu gedəcəklərin yerləri olduğunu və gələcəkdə dinləmələrə gələcəklərini bildirib.", Ketrin Şeferd, Amerika Mühacirət Şurası.

Amerika Mühacirət Şurası nəzarət posesini tənqid edərək, "ictimai məsuliyyət və şəffaflığın" olmadığı, insanların standartlara uyğun olmayan və təhlükəli şəraitdə saxlanması barədə narahatlıqların mövcud olduğunu bildirir.

Tənqidçilər deyir ki, özəl saxlanma mərkəzlərinin məsrəflərinin ixtisarı onları insanları daha uzun müddətə saxlamağa vadar edir.

XS
SM
MD
LG