Accessibility links

Mühacirlərlə rəftara etiraz edən 70 katolik Vaşinqtonda həbs olunub


Yüzlərlə katolik ABŞ paytaxtında federal hökumətin mühacirlərlə rəftarına etiraz ediblər. Piketdə iştirak edən 70 rahibə, ruhani və mülki vətəndaş saxlanılıb.

Washington Post qəzeti bildirir ki, etirazçılar əllərində federal saxlanma nərkəzində vəfat etmiş mühacir uşaqların şəkillərini tutublar.

Russell Senat Binası qarşısında toplaşanlar Tanrı Duasını oxuyublar.

Çərşənbə axşamı keçirilən oxşar aksiyada 10 adam saxlanılmışdı.

Uşaqların adları çəkildikcə etirazçılar xaç formasında yerə səriliblər.

İkinci həftədir ki, etiqad adamları Vaşinqtonda toplaşaraq İmmiqrasiya və Gömrük Nəzarət (ICE) bürosunun ləğv edilməsini və ABŞ-Meiksika sərhədindəki izdihamlı saxlanma mərkəzlərinə son qoyulmasını tələb edirlər.

Çərşənbə axşamı ICE baş qərargahı qarşısında toplaşan etirazçılar binaya girişi zəbt etmiş və nəticədə “qeyri-qanuni giriş” ittihamları ilə 10 nəfər həbs olunmuşdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG