Accessibility links

Mühafizə və axtarış itləri təhlükədə olan növləri tapmağa köməklik edirlər


Mühafizə və axtarış itləri təhlükədə olan növləri tapmağa köməklik edirlər
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Mühafizə və axtarış itləri təhlükədə olan növləri tapmağa köməklik edirlər

Mühafizə və axtarış itləri thlükə altında olan növləri tapmağa köməklik edirlər

İtlər min illərdir insanlara kömək edirlər. Onlar evlərimizi qoruyur, axtarış və xilasetmə missiyalarında kömək edir, əlil insanları müşayiət edirlər. Lakin indi alimlər Avstraliyadan olan bir qrup xüsusi itləri öz həssas burunları və qulaqlarından istifadə edərək, Avstraliyanın məhv olmaq təhlükəsi altında olan heyvanlarının xilasına kömək etmək üçün təlim keçirir.

Rabble və Uda sərhəd çoban itləri olsalar da, sürü itləri deyillər. Onlar mühafizə və axtarış itləridirlər, onlar yoxa çıxmaq təhlükəsi altında olan və ələ keçməyən nadir heyvan növlərini iyləyərək tapmaq təlimlərindən keçir.

İt sahibi və məşqçisi olan Lyuk Edvards deyir ki, onlar ov itlərinin öz güclərinə və axtarış qabiliyyətinə görə fərqləndiklərini bilirlər. Onlar itlərin gücünü əqli və fiziki cəhətdən məşq etdirərək daha da təkmilləşdirmək istəyirlər.

Təzəlikcə onlara ən çətin tapşırıq verilib, zəhərli göbələk nəticəsində demək olar ki, təmamilə məhv olmuş Bau Bau qurbağalarını tapmaq.

İtlərı axtradıqları iyi tapdıqda uzanaraq burunları vasitəsilə işarə etmək öyrədilir

Lyuk Edvards deyir ki, Bau Bau dağlarına çıxmaq onun üçün indiyədək axtarılan ərazilər içərisində ən çətini idi. Bu əraziyə keçmək üçün onlar Alp meşələrindən keçməli olurlar.

Alimlər bildirirlər ki, beş-on ilə Bau Bau qurbağalarının kökü kəsilə bilər.

Buna görə də Zoos Victoriya qoruq təşkilatı xüsusi soyuq bunkerlərdə onların sayının artırılması proqramını həyata keçirirlər.

"Zoos Viktoriya" qoruğunun mütəxəssisi olan Deon Qilbert deyir ki, bu növ qurbağaları vəhşi təbiətdə tapmaq çox çətindir. Onlar əsasən yerin altında yaşayırlar.

Lakin Rabbl və Uda üçün onları tapmaq çətinlik yaratmır.

Deon bildirib ki, itlər qurbağaların səsləri gələn əraziyə öz qulaqlarını istifadə edərək onlardan daha tez reaksiya verərək çata bilərlər.

Zoos Victoria indi digər təhlükə altında olan növləri tapmaq üçün təlimli itərdən istifadə etməyi düşünür.

"Zoos Viktoriya" qoruğunun mütəxəssisi Kris Harnet düşünür ki, bu gizli və azsaylı növləri tapmaq üçün, axtarış itləri həqiqətən əhəmiyyətli bir rol ola biləcəklər.

Xöşbəxtlikdən, bu itlərin sırasında Okli kimi yeni itlər də var.

İt sahibi və məşqçisi olan Treysi Edvards deyir ki, Okli hələ küçükdür, və ya onlar dedikləri kimi hürən böyük küçük. O indi hələ əsasları və göstərişlərə tabe olmağı öyrənir. Okli bu il bir qədər sonra mühafizə və axtarış iti kimi fəaliyyətə başlayacaq.

Treysi deyir ki, onlar sadəcə çoban itlərini çox sevirlər, onlar itlərin işini sevirlər, itlər bütün günü gəzdikdən və işlədikdən sonra yenə də onların ətrafında, divanda sığınaraq uzanmaqlarını sevirlər. İtlər qurbağalar haqda düşünürlərsə, lap əla.

XS
SM
MD
LG