Accessibility links

Müharibə oyuncaqları fotoqrafı [Video]


Müharibə oyuncaqları fotoqrafı
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Müharibə oyuncaqları fotoqrafı

Brayan Makkarti müharibə fotoqrafıdır. Lakin onun fotoları bombalanmış binalar və yaxud yaralanmış bədənləri əks etdirmir. Onun təsvirləri uşaqların gözü ilə döyüşün dəhşətlərini göstərir - oyuncaq tanklar və kiçik kuklalarla yenidən qurulur.

Brayan Makkarti Mosulun viran qalmış küçələrində foto-çəkiliş səhnələri təşkil edir və bu şəkillər seriyası "Müharibə Oyuncaqları" ( War- Toys) adlanır.

Amerikalı fotoqraf Brayan Makkarti bildirib ki, “Müharibə Oyuncaqları” şəkillər seriyası müharibə görmüş uşaqlara incəsənətlə terapiyadan keçməyə kömək edir. Uşaqlar məhəllədə tapılan oyuncaqlarla onun şəkillərinin quruluşçu direktoruna çevrilirdilər.

Qaçqın düşərgələrində incəsənət terapiya seansları zamanı uşaqlar qarşılaşdıqları dəhşət, itkiləri çəkirlər. Bu şəkillər fotoqrafla səyahət edən terapevtlə uzun söhbətlərin başlanğıcıdır. Makkarti sonra hekayələri oyuncaqlarla canlandırır.

Nəticə isə reallıqla absurdun qarışığıdır.

İraqlı qaçqın Saya İbrahim söyləyir ki, insanlar qaçdıqda, anası ona və bacısına ailələrinin qalan hissəsini gətirməyini deyib. Onlar küçəyə çıxdıqda orada İslam Dövləti döyüşçüsünün cəsədi var idi. Onun qarnı yarılmışdı və qolları bədənindən ayrı bədəninin kənarlarında idi.

İraqlı qaçqın Nurham Saleh deyir: “Bu, körpü haqda idi. O dağıdılmışdı. Biz onu keçmək istəyirdik, ancaq o uçmuşdu. Mənim başım gicəlləndi. Çox qorxmuşdum.”

Amerikalı fotoqraf Brayan Makkarti deyir ki, o onların hekayələrini, şahid olduqlarını, keçirdiklərini bir yerdə cəmləşdirir. Normalda insanlar bu cür şəkillərə baxmaq və ya düşünmək istəməzlər. Və məqsəd də elə budur.

Vizuallaşdırma prosesi günlər çəkir. Makkarti şəkli seçir və onu yenidən yaratmaq üçün oyuncaqlar tapır. Bəzən onun işi onu təhlükəyə atır.

Qarşılaşmalar çox vaxt onun yaratdığı səhnələrdən elə də uzaqda olmur.

Makkarti bildirir ki, bu layihə ona akademik və incəsənət baxımından incəsənət terapiyasının metodologiyasını öyrənməyə köməklik edəcək.

Brayan Makkarti deyir ki, bütün bunlar ilk dəfə balaca bir qızın qanla dolu hovuzları rənglədiyini gördükdən sonra ortaya çıxdı. "Anında aktivist bir sənətçi olursan, bununla əlaqə qurmağın bir yolu yoxdur ... Üzr istəyirəm, özümü ələ ala bilmirəm ... Amma bəli, mümkün deyil ki, dəyişikliyə can atmayasan və əlindən gələni etməyəsən."

Makkarti 2011-ci ildən bəri Suriya, İraq, Livan, İsrail, İordan çayının Qərb Sahili və Qəzza zolağında olan uşaqlarla “Müharibə Oyuncaqları” adlı şəkillər seriyası üzərində çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG