Accessibility links

Cəbhə zonasında elektrik və qaz təchizatında fasilələr yaranıb


Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturuna ciddi ziyan dətib.

Azərbaycanın Energetika Nazirliyinin oktyabrın 2-də yaydığı məlumatda deyilir ki, Goranboyda, Tərtyərdə, Füzulidə, Ağdamda, Ağcabədidə çoxsaylı elektrik hava xətləri dəfələrlə vurulub. Goranboy rayonun Tapqaraqoyunlu, Füzuli rayonunun Şükürbəyli və Alxanlı kəndlərində atəş nəticəsində paylayıcı şəbəkələr yararsız hala düşüb.

Nazirlik bildirir ki, qaz təchizatı ilə bağlı son vəziyyətə görə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatının məhdudlaşdırılması davam edir. Hazırda Füzuli rayonunun 50%-dən artıq hissəsinə təbii qazın verilişi təmin olunub. Tərtər şəhərinin və 51 kəndin, Ağcəbədi rayonunun 25 kəndinin, Ağdam rayonunun isə 1 kəndi və 5 qəsəbəsi istisna olmaqla, 53 yaşayış məntəqəsinin də qaz təchizatı məhdudlaşdırılıb.

Ermənistan tərəfi Dağlıq Qarabağın bir sıra yaşayış məntəqələrində elektrikin verilməsində fasilələr olduğunu bildirib.

Ermənistan rəsmiləri Azərbaycanın ballistik raketlərdən istifadə edərək Dağlıq Qarabağda mülkio infrastrukturu hədəf almaqda ittiham edir.

Hərbi sözçü Artsrun Hovanisyan hücumlarda LORA raketlərindən istifadə edildiyini güman etdiyini bildirib.

İsrail istehsallı LORA raketlərinin maksimum 430 kilometr məsafə radiusu var.

Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində sentyabrın 27-dən bəri intensiv döyüşlər davam edir.

XS
SM
MD
LG