Accessibility links

Mülki vətəndaşlar İŞİD-in Suriyadakı son istinadgahından çıxarılır


Bağuz
Bağuz

Çərşənbə günü bir karvan yük maşını mülki vətəndaşları Suriyanın İslam Dövləti qrupunun militantları tərəfindən nəzarət olunan son ərazisindən çıxarıb.

İnsanları Bağuz şəhərindən zzı səkkiz yük maşını çıxarıb. Bu, son həftələrdə ABŞ-ın dəstəklədiyi yarı-hərbi dəstənin ərziyə yaxınlaşması ərəfəsində baş tutan mülki vətəndaşların evakuasiyasının davamıdır.

Çərşənbə nə qədər insanın çıxarıldığı və ya Bağuzda hələ neçə nəfərin qaldığını tam bəlli deyil.

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri İŞİD döyüşçülərinə Bağuzu militantlardan təmizləmək üçün hücum etmədən öncə təslim olamalarına dair son xəbərdarlıq edib.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüsü
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüsü

BMT-nin insan haqları rəsmiləri çərşənbə axşamı bildirib ki, onlar təxminən 200 ailənin Bağuzda qaldığından narahatdır. Onlar deyib ki, İŞİD döyüşçüləri aktiv şəkildə qadın və uşaqların şəhəri tərk etmələrinin qarşısını alır.

Son həftələrdə minlərlə insan, o cümlədən mülki vətəndaşlar və bəzi İŞİD-ə qoşulan xarici döyüşçülər Bağuzdan qaçıb.

Tramp administrasiyası Avropa ölkələrinin militantlara qoşulan vətəndaşlarını geri almalarını istəyir.

Britaniya bunu rədd edir və onların vətəndaşlıqlarını ləğv edir. Fransa da keçmiş İŞİD döyüşçülərini ölkəyə qaytarmağa dair istək sərgiləməyib.

ABŞ qüvvələrinin yardımı ilə İŞİD-ə qarşı döyüşən kürd qüvvələri deyib ki, onlar bu həftənin sonunadək İŞİD-in Suriyada tam məğlubiyyətini gözləyir.

“Biz bir neçə gündən sonra dünyaya qarşı müharibə aparan ən böyük terror təşkilatı üzərinə böyük qələbəni elan edəcəyik – deyə, kürd döyüşçü çərşənbə axşamı bildirib.

XS
SM
MD
LG