Accessibility links

Müller hesabatı bəzi kəfiyyat rəsmilərinin prezident seçilərinə dair qənaətlərini təsdiqləyir


Xüsusi prokuror Robert Müllerin Rusiyanın ABŞ seçkilərin müdaxiləsinə dair hesabatının açıqlanması Amerikanın bəzi hazırkı və keçmiş kəşfiyyat rəsmilərinə inam qazandırıb. Belə ki, bu hesabat onların 2016-cı il prezident seçilərinə dair qənaətlərini təsdiqləyir.

Eyni zamanda bəziləri hesabatın Moskvanın Amerika demokratiyasını sarsıtmaq kimi uğurlu səylərini davam etdirməsinə nümunə olduğunu deyir.

Kəşfiyyatın sabiq üzvləri və milli təhlükəsizlik rəsmiləri xəbərdar edirlər ki, hesabat Rusiyanın istədiyi nəticələrə nail olmaq üçün sistematik olaraq Moskvanın vasitəçiliyi ilə getməyə hazır olan ABŞ vətəndaşlarını taparaq istismar edə bildiyini göstərir.

"İstintaq müəyyən edib ki, Rusiya hökuməti Trampın prezidentliyindən faydalanaraq, istəyinə nail olmaq istəyib və Donald Trampın kampaniyasının Rusiyanın səyi ilə oğurlanaraq yayılan məlumatların seçiciləri bəhrələndirəcəyini düşündüyünü də sübuta yetirib."

Müstəntiqlər Trampın kampaniyasının Rusiya və onun höküməti ilə əlaqəsinə dair heç bir dəlil tapılmadığını bildirilib.

XS
SM
MD
LG