Accessibility links

Müller Rusiya istintaqını başa çatdırdı


Robert Müller və Donald Tramp
Robert Müller və Donald Tramp

Xüsusi prokuror Robert Müller Rusiyanın prezident seçkisinə müdaxiləsi və prezident Donald Trampın yardımçılarının Rusiya ilə mümkün münasibətlərini təhqiq edən istintaqını başa çatdırıb.

Ədliyyə Nazirliyi bildirir ki, Müller yekun hesabatını cümə günü baş prokuror Uilyam Bara təqdim edib. Bar isə öz növbəsində hesabatı nəzərdən keçirir.

Müllerin hələ də məxfi olan hesabatı ölkədə bir çox debatlara gətirib çıxaracaq. Növbəti addımlar Trampın təyin etdiyi baş prokuror, Konqres və böyük ehtimalla federal məhkəmələrdən asılı olacaq.

Uilyam Bar
Uilyam Bar

Hesabatın hansı qisminim ictimaiyyətə açıqlanacağı və ya Konqresə təqdim ediləcəyi hələ ki, bəlli deyil.

İki ildir davam edən təhqiqat Trampın prezidentliyinə kölgə salıb və 34 nəfərin qanunu pozmaqda ittiham olunması ilə nəticələnib ki, onlar arasında Trampın seçki kampaniyasında çalışmış altı nəfər var.

Bar deyib ki, o, Müllerin tapıntılarınının xülasəsindən ibarət ayrı hesabat hazırlayacaq.

Bar öz qeydlərini tez zamanda Konqresə göndərə biləcəyini söyləyib.

“Mən hesabatı nəzərdən keçirirəm və bəlkə də bu həftə sonunadək xüsusi prokurorun çıxardığı əsas nəticələrlə bağlı məlumat verə biləcəm”– deyə, Bar Nümayəndələr Palatası və Senatın Ədliyyə Komitələrinin yüksək vəzifəli respublikaçı və demokrat üzvlərinə ünvanladığı məktubda bildirib.

Hələ ki, heç bir detal paylaşılmadığı üçün, Müllerin hesabatında təhqiqatda qaldırılan əsas sualların cavablandırılıb-cavablandırılmadığı bəlli deyil. Buna "Trampın kampaniyası 2016-ci il prezident seçkisinin nəticələrini Trampın lehinə çevirmək üçün Kreml ilə əməkdaşlıq edibmi" və "Daha sonra Tramp istintaqa mane olmaq üçün FBI-ın direktorunu vəzifəsindən qovmaq da daxil olmaqla hər hansı addım attıbmı?" kimi suallar daxildir.

Ədliyyə Nazirliyinin Konqresə ünvanladığı məktub
Ədliyyə Nazirliyinin Konqresə ünvanladığı məktub

Lakin hesabatın baş prokurora təqdim edilməsi onu göstərir ki, təhqiqat kampaniya ilə Rusiya arasında qeyri-qanuni əlaqənin olduğuna və ya prezidentin ədaləti əngəllədiyinə dair ictimai ittihamların irəli sürülmədiyini göstərir.

Əgər Müller Trampın qanunu pozduğunun üstünü açıbsa, onun Ədliyyə Nazirliyi mütəxəssislərinin vəzifələrini icra edən prezidentlərə qarşı ittiham irəli sürməyin mümkün olmadığına dair bəyanatları fonunda hansı addımlar atacağı aydın deyil.

Məxfi hesabatın baş prokurora təqdim edilməsi ilə başda Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası daxil olmaqla bir çoxları Müllerin tapıntılarının dərhal tam şəkildə açıqlanmasını tələb edəcək. Bar deyib ki, o mümkün qədər çox məlumatı ictimailəşdirmək istəyir. Detalları gizlətməyə dair hər hansı bir cəhd Ədliyyə Nazirliyi ilə Müller və onun müstəntiqlərini Konqres qarşısında ifadə verməyə çağırmaq istəyən qanunvericilər arasında mübahisələ gətirib çıxaracaq. Demokratların bu addımı isə Tramp administrasiyasının qəti etirazına səbəb ola bilər.

Maykl Kohen, prezident Trampın keçmiş vəkili
Maykl Kohen, prezident Trampın keçmiş vəkili

Müllerin təhqiqatının başa çatması ilə prezidentlə bağlı istintaqlar başa çatmır. Ədliyyə Nazirliyi Nyu Yorkda Trampın kampaniyası zamanı illər öncə onunla intim əlaqədə olduqlarını iddia edən iki qadına susmaları üçün ödənilən pulla əlaqədar olaraq Trampla bağlı ayrı istintaq aparır. Bundan əlavə onun adı keçmiş vəkili Maykl Kohen tərəfindən seçki kampaniyasının maliyyə qanunlarının pozulması məsələsində də hallanır, çünki Kohen ondan bu tranzaksiyaları həyata keçirməsini Trampın istədiyini deyib. Nyu Yorkda federal prokurorlar həmçinin prezidentin inaqurasiya komitəsinə xarici ianələri araşdırır.

Rusiyanın hücumu

Müllerin hesabatındakı tapıntılardan asılı olmayaraq, təhqiqat artıq Rusiyanın Amerikanın siyasi sisteminə hücumuna işıq salıb, Trampın kampaniyasını demokratların haker hücumuna məruz qalmış emaillərinin ictimaiyyətə yayılmasından sui-istifadə etməyə hazır olduğunu göstərib və Trampın müşavirlərinin Rusiya ilə əlaqələrini gizlətmək məqsədilə söylədikləri yalanları üzə çıxarıb.

Xüsusi prokuror Rusiyanın hərbi kəşfiyyat zabitlərinə qarşı ittihamlar irəli sürüb və onları 2016-cı il seçkisində demokrat Hillari Klintonun kampaniyası və digər demokrat qruplara qarşı haker hücumu etməkdə günahlandırıb. O, bir başqa qrup rusları Trampa yardım etmək və Klintona zərər vurmaq məqsədilə sosial mediada Amerikanın siyasi sistemi ilə bağlı geniş-miqyaslı dezinformasiya kampaniyası aparmaqda ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG