Donald Trampın prezident kampaniyası ilə Rusiyanın seçkiyə müdaxiləsi arasında mümkün əlaqə ilə bağlı iki ildir davam edən istintaq başa çatıb.
Xüsusi prokuror Robert Müller cümə günü məxfi hesabatını ABŞ-ın baş prokuroru Uilyan Bara təqdim edib.
Bəs Müllerin hesabatı ilə birlikdə bütün istintaqlar başa çatırmı?
Xeyr. Xüsusi prokurordan başqa, Nyu York, Virciniya və Vaşinqton şəhəri daxil olmaqla bir çox yerdə prokurorlar ayrı-ayrı istintaqlar aparır.
Nyu York və Merilend ştatının müstəntiqləri Trampla bağlı istintaqlar aparır. Konqresdə isə Nümayəndələr Palatası və Senatın kəşfiyyat və digər komitələri Trampın maliyyələri, Trampla Rusiyanın mümkün əlaqələri və digər məsələləri təhqiq edir.
Müllerin istintaqından başqa aparılan təhqiqatlardan bəziləri:
Federal kampaniya maliyyə qanunlarının pozuntuları: ABŞ-ın Nyu York ştatının cənubi rayonunun prokurorluğu 2016-cı ilin avqust və oktyabr aylarında Trampın keçmiş Playboy modeli Karen MakDuqal və porn ulduzu Stormi Danielsə susmları üçün ödəlinən puldakı rolunu təhqiq edir. Hər iki qadın daha öncə prezident Trampla cinsi münasibətlərinin olduğunu iddia edib.
İnaqurasiya fondu. Trampın inaqurasiya komitəsi 2019-cu ilin fevral ayında Nyu Yorkun Cənub Rayonunun Prokuroluğuna çağırılıb. Federal prokurorlar Trampın inaqurasiya komitəsinin toplayıb, xərclədiyi 107 milyon dolların hardan gəlib, hara getdiyini araşdırır.
Pol Manafortun fəaliyyəti. Mart ayında Manhettenin böyük münsiflər məhkəməsi Trampın keçmiş kampaniya sədri Pol Manafortu 16 ipoteka fırıldaqçılığı və konspirasiya maddələri üzrə təqsirli bilib. Bundan əlavə isə Manafort Aleksandriya və Vaşinqton şəhərlərində federal məhkəmə tərəfindən bir neçə qanun pozuntusuna görə yeddi il müddətinə həbs cəzasına məhkum edilib.
Rusiyalı mühasib Yelena Alekseyevna Xusyaynova.ABŞ-ın Virciniya ştatının prokuroru 2018-ci ilin oktyabr ayında 2016-cı il prezident seçkilərinə və 2018-ci il ara seçkilərinə müdaxilə edərək Birləşmiş Ştatlara qarşı saxtakarlıq etmək ittihamı irəli sürüb.
Türkiyənin təsiri. Sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin Virciniya ştatında iki keçmiş həmkarına qarşı qaldırılan cinayət işində federal prokurorlarla əməkdaşlıq edir. Bu iki həmkar Türkiyə hökümətinin çevriliş cəhdini hazırlamaqda ittiham etdiyi din xadimi Fəthullah Güləni etibardan salmağa çalışan kampaniyanı maliyyələşdirən türkiyəli sahibkar üçün çalışıb. Flin 2017-ci ilin dekabr ayında rusiyalı səfir Sergey Kislyakla əlaqələri barədə Federal Təhqiqat Bürosuna yalan danışdığını etiraf edərək günahını boynuna alıb. Onun FBI ilə əldə etdiyi razılığa Türkiyə işi ilə bağlı bəzi detallar daxildir.