Accessibility links

Müllerin təhqiqatı: Reaksiyalar, yeni suallar


Müllerin təhqiqatı: Reaksiyalar, yeni suallar
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Müllerin təhqiqatı: Reaksiyalar, yeni suallar

Xüsusi prokuror Robert Müllerin ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının 2016-cı prezident seçkilərində Rusiya ilə mümkün əlaqələrinə dair 22 aydır sürən təhqiqatının ictimaiyyətə açıqlanması Vaşinqtonun siyasi həyatında bu həftə ən mühüm hadisələrdən biridir. Müllerin təhqiqatı prezident Donald Trampın hakimiyyətdə olduğu iki il müddətində Amerikanın siyasi həyatında da ən dominant mövzulardan biri olaraq qalırdı. Təhqiqatda Trampın kampaniyası və Rusiya arasında əlaqəyə dair dəlilin olmadığı haqda nəticə çıxarılsa da, prezidentin ədaləti əngəlləməyə çalışıb-çalışmadığı məsələsi bağlı mühakimə irəli sürülməyib. Demokratlar Müllerin hesabatının açıqlanmasından sonra Konqresdə təhqiqatı davam etdirmək əzmində olduqlarını bildiriblər.

Prezident Donald Tramp Müllerin təhqiqatının ictimaiyyətə açıqlanmasından sonra yaxşı əhval-ruhiyyədə olduğunu bildirib.

“Bu gün özümü yaxşı hiss edirəm. Nə müdaxilə, nə də ədalətə əngəl var. Heç vaxt olmayıb və heç vaxt da olmayacaq”.

Lakin hesabatda ədalətin qarşısının alınması məsələsi ilə bağlı fərqli mənzərə göstərilərək, prezidentin təhqiqata təsir göstərməyə çalışdığı detallı şəkildə təsvir edilir.

Təhqiqatın gedişində Rusiya hökuməti ilə əlaqələri olan insanlar və Trampın kampaniyasına cəlb olunan şəxslər arasında bir çox əlaqələr sənədləşdirilsə də, xüsusi prokuror Müller bunların “cinayət ittihamlarının dəstəklənməsi üçün kifayət olmadığı” haqda nəticə çıxarıb.

Bununla belə, Müller prezidentin ədaləti əngəlləməyə çalışıb-çalışmadığı haqda mühakimə irəli sürməyib. Təhqiqatda Trampın cinayətə əl atmadığı haqda nəticəyə gəlinsə də, ona tam bəraət qazandırılmayıb.

ABŞ-ın baş prokuroru Vilyam Barr maneə ilə əlaqədar dəlilin bundan sonra hüquqi tədbirlərin görülməsinə zəmanət vermədiyi haqda qərar verib.

“Bu hərəkətlərin əngəl olub-olmadığı faktından başqa qeyri-pozucu motivlər prezidentin təhqiqatın qarşısını almaq istədiyinə dair hər hansı iddianı üstələyir.”

Demokratlar prezidentin ədalətə maneə törədə bilməsinin mümkünlüyünə dair detallı məqamlardan narahat olaraq, Nümayəndələr Palatasının Ədliyyə komitəsinin sədri Cerold Nadler daxil olmaqla, təhqiqatın davam etdirilməsinə söz veriblər.

“Xüsusi prokuror aydın edib ki, o, prezidentə bəraət verməyib və prezidentin hərəkətlərinə görə cavabdeh tutulmasının məsuliyyəti indi Konqresin üzərinə düşür. Konqres xüsusi prokuror Müller tərəfindən üstü açılan dəlillərlə birlikdə təhqiqatın tam, redaktə edilməmiş variantını əldə etməlidir.”

Konqresdə demokratların lideri, spiker Nensi Pelosi və Senatda azlıqda olan demokratların lideri Çak Şumer Müllerin mümkün qədər tez zamanda Konqresdə ifadə verməsinə çağıran birgə bəyanat açıqlayıblar.

XS
SM
MD
LG