Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da hərbi əməliyyatların dayandırılması barədə imzaladığı birgə bəyanata uyğun olaraq münaqişə regionunda dinc həyatın bərpası istiqamətində işlər davam etdilrilir.
Razılaşmaya uyğun olara noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər rayonları Azərbaycana qaytarılıb. Sabah, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
Dağlıq Qarabağın ermənilər yaşayan ərazisinə gəlincə, Rusiyanın Şərq Hərbi Dairəsinin Xüsusi Təyinatlı Tibb Dəstəsinin (MOSN) bölmələri yerli əhaliyə yardım göstərmək üçün Xankəndi şəhərində, hava limanının ərazisində hərbi səhra hospitalı qurub.
Rusiya Müdafiə Nazirliynin məlumatına görə, hospitalda hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisi fəaliyyət göstərir. Hazırda hospital 40 pasientə eyni vaxtda xidmət göstərə bilir.
Nazirlik həmçinin Rusiya sülhməramlılarının iştirakı ilə Xankəndində dinc həyatın bəpra edilməsinin davam etdirildiyini bildirir.
Noyabrın 29-da Ruisya sülhməramlılarının müşayiəti ilə Yerevandan Xankəndinə 1,699 nəfər sakin çatdırılıb. Beləliklə, indiyədək 23 mindən çox qaçqın Dağlıq Qarabağa daimi yaşayış yerlərinə qaytarılıb.
Bu arada Azərbaycan mina tmizləyənləri azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini davam etdirir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirir ki, noyabrın 29-da 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı davam edir, 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin partlayış qrupu tərəfindən 64 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib
Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – noyabrın 29-dək 727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədəd tank əleyhinə mina, 1,743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1,393 ədəd 9N235 bombacıqları, 10,730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1,643 ədəd partlamış raket hissələri aşkar olunub.
Ekspertlərin təxmini hesablamalarına görə, münaqişə zonasında 50,000-100,000 arasında mina basdırılıb.