Accessibility links

BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır


BMT-nin baş katibi Antoniu Quttereş sentyabrın 26-da BMT-nin Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayıb. Bu barədə BMT-nin baş katibinin bəyanatında deyilir.

Baş katib Ermənistan və Azərbaycanı münaqişənin sülh yolu ilə nizamlanmasında etimadın yaranması üçün addımlar atmağa çağırır.

“Baş katib həmsədrlərin təmas xətti boyunca insidentlər və son bəyanatlarla bağlı narahatlığını bölüşür. O, bir daha BMT-nin həmsədrlərin mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bəyan edir”, BMT-nin rəsmi saytında sentyabrın 29-da yayılan bətyanatda deyilir.

XS
SM
MD
LG