Accessibility links

“Müsəlman Birliyi” Hərəkatının sədrinin həyat yoldaşına ittiham elan edilib


Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə

Leyla İsmayılzadə cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşya verilməsində ittiham olunur

Sentyabrın 27-də həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadəyə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham elan edilib.

Bu barədə Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib.

Leyla İsmayılzadə: İttihamla tanış oldum
please wait

No media source currently available

0:00 0:01:15 0:00

“Bu gün müstəntiq Xəqani Sadıqov ittihamı elan etdi və mən iltizama imza atdım. Barəmdə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib,” İsmayılzadə qeyd edib.

Penitensiar Xidmətin məlumatına görə, bu il martın 21-də Leyla İsmayılzadə Qobustan Qapalı Həbsxnasında saxlanlılan həyat yoldaşı ilə görüşə gələndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

“Məhkum Taleh Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini Leyla İsmayılzadə tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir”.

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

“Gündüzlər o telefonda Abbas (azyaşlı oğlu) Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara baxır. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt oyuncaqların arasına atıb. Elə, birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik. Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar”

Leyla İsmayılzadə hesab edir ki, həyat yoldaşına təzyiq məqsədilə bu olayı şişirdirlər.

“Əlbəttə, cinayət işi qaldırılmasına ehtiyac yox idi. Mən Qopbustanda da izahatımda qeyd etmişəm ki, telefonu gizli yerdə keçirərlər. Mən gətirdiyim bütün çantaları yoxlamaya təhvil vermişəm. Telefonun ölçüsü böyük olub. Sadəcə uşaq bizim xəbərimiz olmadan çantaya atıb. Bu həyat yoldaşımın üçüncü həbsidir. Mən həbsxanaya giriş qaydalarını bilirəm və həyat yoldaşım üçün problem yaratmaram,” o qeyd edib.

Cinayət Məcəlləsinin 317-1.1 maddəsinin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Şərhlərə bax

XS
SM
MD
LG