Accessibility links

Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son verilməsə müddətsiz aclıq aksiyasına başlayacağıq”


Nümayişçilər üzərində "Taleh Bağırzadəyə azadlıq!" yazılmış plakatlarla

“Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatıb. Belə ki, Taleh Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir.”

Bu barədə Müsəlman Birliyi Hərəkatının bəyanatında deyilir.

Ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cərimə təcridxanasına salınır.

Sənəddə bildirilir ki, hərəkatın idarə heyətinin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla münaqişəyə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cərimə təcridxanasına (kars) salınır.

“Son günlərdə xüsusilə Abbas Hüseynov və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır. Sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur. Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir”.

Bəyanatda deyilir ki, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri və İdarə heyətinin üzvləri, təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq.

“Kimsə düşünürsə ki, belə aclıq aksiyası həyati təhlükə, öz canına qəsd ola bilər, bunu bilməlidir ki, zatən hazırda hər gün və hər gecə canımıza qəsd edilməsi və həyati təhlükə ilə qarşı-qarşıyayıq. Və bu aksiya da belə vəziyyətin dəyişməsi üçündür,” hərəkatın həbsdə olan üzvləri bəyan edib.

Ailə üzvləri Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilirib.

Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

Sonradan onun işgəncə faktı ilə əlaqədar verdiyi şikayəti araşdırmaq üçün 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildiyi bildirilib. Bir müddət öncə isə Taleh Bağırzadənin təzyiqlərə görə özünə xəsarət yetirməsinə dair məlumatlar yayılıb.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində Taleh Bağırzadə və digər 50 nəfər uzunmüddətli həbsə məhkum edilib. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. Taleh Bağırzadə və Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Mehman Sadıqov
Mehman Sadıqov
Cəzaçəkmə müəssisələrində bütün məhbuslardan yeganə tələb daxili intizam qaydalarına ciddi riayət olunmasıdır.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov

Öz növbəsində, Penitensiar Xidmət məhbuslara qarşı işgənclərin və ya qeyri-insani rəftarın olması ilə bağlı məlumatları təkzib edir.

“Məhbuslara qarşı hər hansı işgəncədən, qeyri-insani rəftardan və qərəzdən söhbət gedə bilməz. Cəzaçəkmə müəssisələrində bütün məhbuslardan yeganə tələb daxili intizam qaydalarına ciddi riayət olunmasıdır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG