Accessibility links

Müsəlman Birliyi Hərəkatının üzvü işgəncəyə məruz qaldığını bildirib


Razi Hümbətov

İyunun 7-də saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov işgəncələrə məruz qaldığını bildirib.

“Saxlanandan sonra Hümbətov ailəsi ilə bir neçə dəqiqə ərzində telefonla danışıb. Telefon danışığı zamanı o, ailə üzvlərinə məlumat verə bilib ki, Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarərəsində 6 gün saxlanılaraq işgəncəyə məruz qalıb. Fiziki və psixi zorakılığın təsiri altında saxta izahat və ifadələrə imza atıb.”

Bu barədə Müdafə Xətti hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov Facebook səhifəsində məlumat yayıb.

Hüquq müdafiəçisi bildirir ki, həbs yerlərinin daxili intizam qaydalarına görə tutulmuş şəxs saxlanma yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün telefonla zəng etməsinə şərait yaradılmalıdır.

“Həmin Qaydaların 18.1-ci bəndinə əsasən həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə müvafiq şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Şübhəsizdir ki, Azərbaycanda avtoritar üsul-idarə mövcuddur, yuxarıda göstərilənlər məhz bundan irəli gəlir,” Səfərov qeyd edib.

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov iyunun 7-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində saxlanılaraq naməlum istiqamətə aparılıb.

İyunun 9-da ona Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb, barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçib.

“Razi Hümbətov fəaliyyəti boyu, xüsusilə də sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt mövqe ifadə edib. Az əvvəl Hümbətovun qardaşı mənimlə əlaqə saxladı: 16 gün ərzində yaxınları ilə görüşməsinə imkan verilməyib,” Səfərov qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliynin Mətbuat xidməti Razi Hümbətovun fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı iddialarını rədd edib.

“Razi Hümbətovun iddialarını rədd edirik. Bu iddialar hər hansı fakta və sübuta söykənmir,” Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG