Accessibility links

Müsəlman Birliyi Hərəkatının sədr müavini polisə aparılıb


Elçin Qasımov
Elçin Qasımov

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Bakının Sabunçu rayon Pois İdarəsinə aparılıb.

Bu barədə onun özü facebook səhifəsində yazıb.

“İki gündür polis zəng edir atama ki, Qasımov Elçinə denən gəlsin İdarəyə. Mən də deyirəm səbəb göstərilsin gedim. Heç bir səbəb göstərmirlər. İndi də gəliblər ki, gedək Sabunçu polisinə. Gedək görək nə deyirlər,” o qeyd edib.

Qasımovla Sabunçu rayon Polis İdarəsində 30 dəqiqəyədək profilaktik söhbət aparıldıqdan sonra azad buraxılıb.

“Polisdə ictimai fəaliyyətimin aktiv olduğunu bildirdilər. Sonra ailə üzvlərim, onların telefon nömrələrini soruşdular,” o Amerikanın Səsinə bildirib.

Rəsmi qurumlar Qasımovun polisə aparılması ilə bağlı məlumat yaymayıb.

Elçin Qasımov Bakının Nardaran qəsəbəsində 2015-ci il noyabrın 26-da keçirilən xüsusi əməliyyatdan öncə noyabrın 5-də saxlanılıb. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. 2019-cu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG