Accessibility links

“Müsəlman Birliyi” Hərəkatının fəalından 5 gündür xəbər yoxdur


"İctimai fəal Bəxtiyar Bağırovdan artıq 5-ci gündür xəbər yoxdur". Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb.

Yaxınlarının dediyinə görə, Bəxtiyar Bağırov “Müsəlman Birliyi” Hərəkatının fəalıdır.

“Bəxtiyar Bağırov Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb. Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərindən birini tanıdığını bildirir,” Bağırovun yaxınlarından biri Ameirkanın Səsinə bildirib.

Müsəlman Birliyi Hərəkatı
Müsəlman Birliyi Hərəkatı

Bununla yanaşı, yaxınları Bəxtiyar Bağırovun saxlanılmasının səbəbləri barədə məlumatsızdır.

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

“Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov da daxil olmaqla, çoxsaylı üzvləri həbs həyatı yaşayır.

Belə ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov, onun müavini Abbas Hüseyn və hərəkatın digər fəalları 10 ildən 20 ilə qədər həbs cəzasına məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG