Accessibility links

Müsəlman ailəsini qətlə yetirən şəxs ömürlük həbsə məhkum edildi


ABŞ-ın Şimali Karolina ştatında müsəlman gəlin və bəyi, eləcə də gəlinin bacısını qətlə yetirdiyini etiraf edən şəxs ömrünün qalan hissəsini həbsdə keçirəcək.

Kreq Hiks qapalı məkanda atəş açmaq ittihamları ilə üç dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Hiks fevral ayında mənzilə girərək, Şimali Karolina Universitetinin stomatologiya fakültəsinin tələbəsi Dia Bərəkəti, onun yeni evləndiyi həyat yoldaşı Yusör Əbu-Səlhanı və onun bacısı Rəzan Əbu-Səlhanı qətlə yetirib.

Hiks qətlə yetirdiyi üç nəfərə binanın avtomobil parkında çox yer zəbt etdiyini düşündüyünü və onlara qəzəbli olduğunu deyib.

Prokurorlar həmin üç nəfərin Hiksin avtomobilini saxladığı yeri tutmadıqlarını və onların müsəlman olduqları üçün hədəf alındıqlarını deyib.

Qurbanların ailələri Hiksə qarşı nifrət zəminində cinayət ittihamı irəli sürülməsini tələb etsələr də, müstəntiqlər belə bir ittihama kifayət qədər dəlil olmadığını deyib.

XS
SM
MD
LG