Accessibility links

Müsəlman qanunvericilər İsrailə qarşı hərəkatı dəstəkləyəcəklərinə vəd verib


ABŞ Konresində İsrailin boykot edilməsini dəstəkləyən iki müsəlman qadın Demokratlar Partiyasında dəyişiklik edərək, İsrail-ABŞ arasındakı dəmir müttəfiqliyin yarılmasına yol açacaqlarına vəd verib.

İlhan Ömər və Rəşidə Tlaib bu haqda debatı hələ yanvar ayında Nümayəndələr Palatsında başladıb. Onlar fələstinlilərin başçılıq etdiyi Boykot, Hüquqlardan Məhrumiyyət və Sanksiya Hərəkatını (BDS) dəstəkləyəcəklərini bildirib.

Bu hərəkat Cənubi Afrika aparteidinə qarşı 1960-cı illərdə yaradılan hərəkatın modelinə əsaslanır. Hərəkat insanlar və qrupları İsraillə mədəni, iqtisadi və elmi əlaqələrə əsaslanan münasibətlərini dayandırılması və İsrailə qarşı sanksiyaların dəstəklənməsinə çağırır.

Lakin Konqresin hər iki palatası bu hərəkatın anti-semitizmdən qaynaqlandığını deyərək, onun İsrailə hədə törətdiyini bildirir.

Fələstinli mühacirlərin qızı Rəşidə Tlaib ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadınlardan biridir.

Somali qaçqını və Minnesota ştatından Konqresə demokrat namizəd İlhan Ömər də müxtəlif seçicilərin səslərini qazanaraq, Minneapolisdə respublikaçı rəqibi üzərində qələbə çalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG